Page 178 - antologiya - poeziya_175x250_Layout 1
P. 178
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Bahara nә qaldı
Payız qapımızı döysә dә dostum,
Bahara nә qaldı? Bircә qış ömrü.
Payızın dәrdini çәkmә, bilirsәn –
Gәlib keçәcәkdir qar-yağış ömrü.
Ağarmış saçıma sәn baxma belә,
Yazda çiçәklәnәr armud ağacı.
Bilirsәn tәbiәt öz әllәriylә
178 Başıma qoymuşdur bir gümüş tacı.
Yazda qar altında bәnövşә çıxar,
Qәlbimdә bәnövşә havası vardır.
Saçımın qәlbimlә fәrqini axtar,
Qış ilә baharın davası vardır...
Payız gәlib keçsә, qış da keçәcәk,
Tәzә don geyәcәk çәmәn dә, düz dә.
Demә, qapımızı şaxta döyәcәk,
Qarşıda bahardır, baharı gözlә.
Bölmә ömrümüzü fәsillәrә sәn,
Bir fәsil ötdümü gәlәcәk biri.
Düşün nә vermisәn bu illәrә sәn,
Sәnә nә vermişdi ömrün illәri.