Page 186 - antologiya - poeziya_175x250_Layout 1
P. 186

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                                    Doymuşam


                                   Eniş gözәl, yoxuş gözәl, düz gözәl,
                                   Nә arandan, nә yaylaqdan doymuşam.
                                   Sinә gözәl, söhbәt gözәl, söz gözәl,
                                   Nә qәlәmdәn, nә varaqdan doymuşam.


                                   Göz qoyduqca köhlәnlәrin oynuna,
                                   Qollarımı aparmışam boynuna.
                                   Sığınanda tәbiәtin qoynuna,
                                   Nә lilpardan, nә bulaqdan doymuşam.


             186                   Yaşıl meşә yağışı nә yağışdı,
                                   Әlvan çәmәn naxışı, nә naxışdı,
                                   Ürkәk maral baxışı nә baxışdı,
                                   Nә obadan, nә oymaqdan doymuşam.

                                   Günәş doğar, hәrarәti nә yaxşı,
                                   Gәlin gәlәr nәzakәti nә yaxşı,
                                   Körpә gülәr, mәhәbbәti nә yaxşı,
                                   Nә sevincdәn, nә maraqdan doymuşam.

                                   Qohum-qardaş bir-birinә dirәkdi,
                                   Bir sinәdә bir döyünәn ürәkdi.
                                   Tәzә mәnzil, tәzә bayram demәkdi,
                                   Nә süfrәdәn, nә qonaqdan doymuşam.


                                   Hüseyn Arif, nә yanğı var canında,
                                   Yanmaq eşqi damarında, qanında.
                                   Qәdir bilmәz, dil qanmazlar yanında,
                                   Elә olub, yaşamaqdan doymuşam.
   181   182   183   184   185   186   187   188   189   190   191