Page 171 - antologiya - poeziya_175x250_Layout 1
P. 171

Zeynal Xÿlil














                           Bu gecә


                           Fikrimdә aylı, ulduzlu,
                                       Asiman var, bu gecә!
                           Könlümdә körpә quzutәk
                                       Bir ümman var, bu gecә!
                                                                                    171
                           Hәmdәmim – sıldırım dağlar,
                                       Buludlardır, bu gecә!
                           Qonağım qırmızı güllәr,
                                       Göy otlardır bu gecә!


                           Şimşәyә çaxma desәm mәn,
                                       İnan çaxmaz, bu gecә!
                           Araza axma desәm mәn,
                                       Bil ki, axmaz, bu gecә!

                           Bircә sәn yoxsan, әzizim,
                                      Bilir alәm, bu gecә!
                           De, neçin olmadın, ey yar,
                                      Mәnә hәmdәm, bu gecә!
   166   167   168   169   170   171   172   173   174   175   176