Page 174 - antologiya - poeziya_175x250_Layout 1
P. 174

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû







                                   Şair deyil, әsgәr oldum...
                                   Әsgәr oldum Vәtәnimә,
                                   Әsgәr oldum partiyama,
                                   Әsgәr oldum yaraşıqlı
                                   Vә möhtәşәm bu dünyama!
                                   Qılınc vurub qorudum mәn
                                   Azadlığı, sәadәti,
                                   Ulduzdakı gözәlliyi,
                                   İnsandakı mәhәbbәti.
                                   Mәn qorudum sәhәrlәrin
                                   Döşündәki bu gümüşü,
             174                   Mәn qorudum körpәlәrin
                                   Üzündәki bu gülüşü;
                                   Mәn qorudum qardaşlığı,
                                   Ülviyyәti qorudum mәn;



                                   Zamandakı bu sürәti,
                                   Kamaldakı bu mәnanı,
                                   Bu vüsәti qorudum mәn!..
                                   Bu iş uzun çәkәcәkdir!..
                                   Sәngәrdә dә mәzuniyyәt,
                                   İstirahәt yoxdur mәnә!..
                                   Әgәr ölsәm...
                                   Dostlar, nә qәm,
                                   Sabah qalxıb, bu dünyaya
                                   Yenә әsgәr gәlәcәyәm!..
                                   Şair olmaq istәdim mәn...
                                   Әynimdә boz, köhnә şinel,
                                   Dörd yanımda ölüm vә qan,
                                   Mәni әsgәr etdi zaman!..
   169   170   171   172   173   174   175   176   177   178   179