Page 3 - "Xəzər"
P. 3
Çikaqonun Cənub rayonundan olan iş adamı Vudi cahil adam deyildi. Orta
səviyyəli podratçı (kontorların, dəhlizlərin, tualet otaqlarının üzlənməsi) üçün
kifayət qədər bilikli, məlumatlı adam idi. Sözsüz, bu cür biliklərə görə elmi dərəcə
verilmir. Baxmayaraq ki, Vudi iki il seminariyada oxumuşdu, keşiş olmağa
hazırlaşırdı. İki il də kollecdə təhsil almışdı. Böhranın tüğyan etdiyi vaxtlarda hər
orta məktəb məzunu kollecdə oxuya bilməzdi. Sonra öz enerjisi, özünəməxsus
kaloriti ilə seçilən Vudi (qocalıb əldən düşənə qədər onun atası da enerjili və kaloritli
adam idi) bəzi başqa sahələr üzrə də biliklərini artırmış, “Sayens” və digər ciddi
jurnallara abunə yazılmış, Çikaqo və Evanston universitetlərində ekologiya,
kriminalistika və ekzistensializm üzrə axşam mühazirələrini dinləmişdi.
Yaponiyanı, Meksikanı, Afrikanı başdan-başa gəzib dolaşmışdı. Hüznə, ələmə
birbaşa aidiyyatı olan hadisəylə də məhz Afrikada üzləşmişdi. Hadisə belə olmuşdu:
Vudi Uqandadakı Merçison-Fols Milli parkının yaxınlığında, Ağ Nil çayında
motorlu qayıqla gəzintiyə çıxıbmış. Bu zaman onun gözü önündəcə bir timsah
sahildəki kəlçəni tutub suya çəkir. Həmin bürkülü gün bu tropik çayın sahili boyu
zürafələr, begemotlar, babuinlər dolaşırmış, buludsuz səmada qızılqazlar və başqa
bəzəkli quşlar üçüşurmuş, bax, elə bu vaxt suya gələn kəlçəninin ayağından yapışıb,
çayın içinə çəkirlər. Kəlçənın ata-anası mat-məəttəl qalır: o hara yox oldu? Kəlçə
suyun altında çabalayır, çırpınıb suyu lilləndirirmiş. Yaxınlıqdan keçən görüb-
götürmüş səyahətçi Vudi bu səhnəyə mat qalır: ona elə gəlir, camışla kəl dinməz-
söyləməz bir-birindən nə baş verdiyini soruşurlar. O, heyvanların qəm dəryasına
batdığını, xiffət çəkdiyini görür. Ağ Nildə Vudiyə elə gəlir ki, o, Adəmdən əvvəlki
dövrlərə qayıdıb, aldığı təəssüratlardan doğan fikirləri özyülə Cənubi Çikaqoya
aparır. Bu fikirlərlə birgə Kampaladan özyülə xeyli həşiş də götürür. Vudi kömrükdə
ilişə bilərmiş, amma öz boy-buxununa, qırmızı yanaqlarına və səmimi üz ifadəsinə
arxayın olub, risk eləyib. O, kənardan pis niyyətli adama oxşamırmış, əksinə, xoş
təsir bağışlayırmış. Vudi, sadəcə, risk etməyi xoşlayan adammış. Risk onun qanını
coşdururmuş. Kömrükdən keçəndə plaşını stolun üstünə tulazlayır. Müfəttişlər
ciblərini yoxlamaq fikrinə düşsə, deycəkdi ki, plaş onun deyil, vəssalam. Ancaq o,
sudan quru çıxır…
Şükranlıq günündə rahatca oturub, içinə həşiş basılmış hind toyuğu