Page 2 - "Xəzər"
P. 2
NOBEL KÜRSÜSÜ
Sol Bellou
Tərcümə: Etimad Başkeçid
Nobel mükafatı laureatı (1972), yəhudi əsilli Amerika yazıçısı Sol Bellou (1915-2005)
XX əsrin usta novellaçılarından sayılır. Eləcə də “Göylə yer arasında” (1944), “Oqi Marçın
sərgüzəştləri” (1953), “Yağışların əfəndisi Henderson” (1959), “Hersoq” (1964), “Mister
Sammlerin planeti” (1970) romanları ona böyük şöhrət qazandırmışdır. Sadə və psixioloji obrazlar
yaratmağın ustası sayılan yazıçının “Gümüş nimçə” hekayəsini oxuculara təqdim edirik.
Gümüş nimçə
Hansısa yaxının dünyasını dəyişibsə, özü də, ölən bir başqası yox, doğmaca
yaşlı atandırsa, özünü necə aparmalısan? Tutalım, altmış yaşlarında müasir insansan,
Vudi Zelbest kimi görüb-götürmüş adamsan: neyləyəcəksən? Məsələn, atana necə
yas tutacaqsan, özü də indiki zamanda? Doxsanı haqlamış, ürək genişlənməsindən
əziyyət çəkən, ayaqlarını sürüyə-sürüyə, taytıya-taytıya yeriyən, iy verən – axı həm
qocaydı, həm də dalına yiyəlik eləyə bilmirdi, neyləyəsən, qocalığın üzü qara olsun
– belə bir ataya indiki vaxtda necə yas saxlayacaqsan? Hə də, Vudinin özü də deyirdi
ki, hadisələri olduğu kimi görmək lazımdır. Görün, hansı zəmanədə yaşayırıq,
qəzetlər hər gün nədən yazır – girovların danışdığına görə, Ədəndə “Lüfthanza”nın
pilotu fələstin terrorçularının qarşısında diz çöküb yalvarırmış ki, onu öldürməsinlər,
ancaq onun göz yaşlarına məhəl qoyan olmayıb, kəlləsinə güllə çaxıblar. Sonra
terrorçuların özlərini də öldürüblər. İnsanlar əvvəlki kimi öldürməkdən qalmırlar –
bir-birinin qanına yerikləyiblər, özünü öldürənlər də az deyil. Qəzetlərdən belə
şeyləri oxuyuruq, nahar vaxtı süfrə arxasında belə şeylərdən danışırıq, metroda
bunları görürük. Artıq bəllidir ki, insanlıq hər yerdə əməlli-başlı ölümqabağı
qıcolmalara tutulub.