Page 50 - "Xəzər"
P. 50
nurunla
Aləmləri bəzə, Ay!
Məndən düşsün yolun, Ay!
Dolun Ay, Dolun Ay!
Təzə Ay,
Qızıl Ay,
Ağ Ay,
Qara Ay
Göylərin altındakı
Qaranlıq işlərdən,
Ötənlərdən-keçənlərdən
Danış mənimlə.
Dağlardan uca,
Dərələrdən dərin,
Küləkdən isti,
Qardan soyuq
Qaranlıq şeylərdən
Danış mənimlə.
Cavan Ay,
Böyük Ay
Öz dostun kimi
yanaş mənə,
danış mənə, danış mənə.
Gözəgörünməz üzdən,
Böyük Ruhdan danış,
Gizli yerlərdən danış...
Dağların zirvəsində
İşıq zolağıyla axan
Sirlərdən danış...
Nədir O, görəsən,
Ulduzların odunda pörtən,
İşıqla üzünü pərdələyən?
Onu dərk edib, anlamaq
Bizlərə nəsib deyil.
Hər şeydən ucada,
Ucalardan ucada dayanıb, O...
Aləmləri bəzə, Ay!
Məndən düşsün yolun, Ay!
Dolun Ay, Dolun Ay!
Təzə Ay,
Qızıl Ay,
Ağ Ay,
Qara Ay
Göylərin altındakı
Qaranlıq işlərdən,
Ötənlərdən-keçənlərdən
Danış mənimlə.
Dağlardan uca,
Dərələrdən dərin,
Küləkdən isti,
Qardan soyuq
Qaranlıq şeylərdən
Danış mənimlə.
Cavan Ay,
Böyük Ay
Öz dostun kimi
yanaş mənə,
danış mənə, danış mənə.
Gözəgörünməz üzdən,
Böyük Ruhdan danış,
Gizli yerlərdən danış...
Dağların zirvəsində
İşıq zolağıyla axan
Sirlərdən danış...
Nədir O, görəsən,
Ulduzların odunda pörtən,
İşıqla üzünü pərdələyən?
Onu dərk edib, anlamaq
Bizlərə nəsib deyil.
Hər şeydən ucada,
Ucalardan ucada dayanıb, O...