Page 48 - "Xəzər"
P. 48
Cənubi Afrika şairi, yazıçı, dramaturq, tərcüməçi Eys Kriqe (1910-1987)
afrikaans və ingilis dillərində yazıb-yaradıb. O, “Dəyişmə”, “Qırmızı gün”,
“Müharibə illərinin şeirləri”, “Yurdsuz ürək”, “Dünən axşam” və s. şeir kitablarının,
“Palmalıq”, “Yuxu və səhra” romanlarının, “Maqdalina Retief”, “Ağ divar”, “Bütün
yollar Romaya aparır”, “Qızıl çevrə”, “Sərbəst atıcı” kimi dram əsərlərinin
müəllifidir.
DƏNİZ QAĞAYISI
Suların üstündə
duman sürünür.
Dənizdən aralı
Boz təpənin üstündə
Ağ ev görünür.
Təpənin boz yerində
Gümüş və tüstü...
Göz işlədikcə dərində
Tüstü və gümüş...
Dalğaların üstünü
Qaranlıq örtməkdə.
Uzaqlar
rəngi qaçmış halda,
pörtməkdə...
Ağ qağayı görünür
yalnız, tək...
Bu tablonu
ağ kətana çək.
Görən dəniz nə oxuyur,
Külək nə qeybət edir?
Nə qışqırır qağayı.
Nə ağlayır ürək
içi dolu,