Page 147 - Əlifba
P. 147
MÜƏLLİM
Bütün peşәlәr şәrәflidir. Müәllim peşәsi peşәlәrin әn şәrәflisidir. Müәllim
bizә yazmağı, oxumağı, hәyatı anlamağı oyrәdir. Bu biliklәr hәyatımız boyu
bizә dayaq olur, cәmiyyәtdә layiqli yer tutmağımıza kömәk edir.
Azәrbaycanda müәllimә xüsusi hörmәtlә yanaşırlar. Әmәli, biliyi ilә
seçilәn hörmәtli adamlara «müәllim» deyә müraciәt edirlәr.
Müәllimdәn öyrәndik
Oxumağı, yazmağı,
Qәlbimizin sәsinә Àçÿðáàéúàí äèëè
Hәr an qulaq asmağı.
O, yeni hәyat verir
Hәr kәlmәyә, hәr sözә.
Yerin, göyün sirrini
Odur öyrәdәn bizә.
Hamımıza sevdirir
Ana yurdu o insan.
Qәlbimizdә hәmişә
Yanan nurdu o insan!
Rafiq Yusifoğlu
1. Nәyә görә müәllimә xüsusi hörmәtlә
yanaşırlar? Sözlük
2. Müәllim bizә nә öyrәdir?
3. «cәmiyyәt» sözünün mәnasını izah et. cәmiyyәt – bizi әhatә edәn
4. «lәyaqәtlә», «başıuca», «qürurla» söz - insanlar
lәrinә uyğun cümlәlәr qur.
5. Şeiri öyrәn.
Dәftәrinә köçür
Mәn dә böyüyәndә müәllim olacağam.
Uşaqlarda elmә, biliyә, kitaba sevgi vә maraq
oyadacağam.
147