Page 148 - Əlifba
P. 148
MÜƏLLİMƏ HÖRMƏT
Gözәl bir yaz sәhәri idi. Türk hökmdarı Fateh Sultan Mәhәmmәd atın
belindә, ordusu vә ona hәr zaman dәyәrli mәslәhәtlәr verәn müәllimi ilә bir -
gә İstanbula daxil olurdu. Şәhәr әhalisi qәhrәman ordunu alqışlarla qarşılayırdı.
Adamlar әllәrindәki çiçәk dәstәlәrini hökmdara vermәk istәyirdilәr. Hamı
Sultanla yanaşı dayanan ağsaqqal müәllimi hökmdar bilib, çiçәklәri ona
vermәyә çalışırdı. Müәllim isә atını geriyә çәkib, gözü ilә hökmdara işarә
edәrәk astadan: «Sultan Mәhәmmәd odur, çiçәklәri ona verin» – deyirdi.
İnsanlar Sultanı tanıyıb çiçәklәri ona vermәk istәyәndә, hökmdar әlini
qaldırdı:
– Doğrudur, Sultan Mәhәmmәd mәnәm, – dedi, sonra müәllimini
göstәrib, – amma bu adam mәnim müәllimimdir vә çiçәklәr ona çatacaq.
F.F.Turbәndci
1. Sultan Mәhәmmәd kim idi?
2. O nә üçün çiçәklәri müәlliminә vermәyi әmr etdi?
3. Azәrbaycanın hansı hökmdarlarını tanıyırsan?
4. İstanbul şәhәri hansı ölkәdә yerlәşir?
Dәftәrinә köçür
Türk hökmdarı Fateh Sultan Mәhәmmәd atın
belindә, ordusu vә ona hәr zaman dәyәrli
mәslәhәtlәr verәn müәllimi ilә birgә İstanbula
daxil olurdu.
148