Page 152 - Əlifba
P. 152
İKI YOLDAŞ
(tәsvir)
İki yoldaş meşәdә gәzirdi. Birdәn onların qarşısına ayı çıxdı. Uşaqlardan
biri tez ağaca dırmaşdı. O biri qaça bilmәdi, yerә uzanıb özünü ölülüyә
vurdu.
Ayı yerdә uzanan uşağa yaxınlaşıb onu iylәdi, onu ölmüş bilib getdi.
Ayı gedәndәn sonra ağaca dırmaşan oğlan yerә düşüb gülә-gülә dostundan:
– Ayı sәnә nә dedi? – Deyә soruşdu.
Oğlan belә cavab verdi:
– Dedi ki, dost dostu darda qoyub qaçmaz.
Lev Tolstoy
1. Bu әhvalatla yazıçı bizә nә demәk istәyir?
2. Belә bir hadisә sәninlә baş versәydi, nә edәrdin?
3. Aşağıdakı atalar sözlәrini әzbәrlә vә dәftәrinә köçür.
«Var-dövlәt dost deyil,
Dost var-dövlәtdir».
«Ağac köklәri ilә yaşayar,
İnsan dostları ilә».
152