Page 151 - Əlifba
P. 151
KİTAB MAĞAZASINDA
Nadirlә Sәlim qonşu idilәr. Bir
gün onlar dәrsdәn qayıdanda kitab
mağazasına daxil oldular. Mağazada
maraqlı kitablar var idi. Sәlim iki
kitab aldı. Bir qәdәr dә artıq pulu
qaldı. Kitablardan birinin adı «Necә
olmalı» idi. Nadir dә hәmin kitabı
almaq istәdi, amma pulu çatmadı.
O, Sәlimә yaxınlaşıb dedi:
– Sәlim, mәnә iyirmi qәpik borc
ver, kitabı alım. Evә çatan kimi
qaytaracağam.
Sәlim üzünü turşutdu:
– Pulun çatmır, alma, – deyib,
kitabları çantasına qoydu.
Uşaqların söhbәtini eşidәn satıcı Nadiri yanına çağırıb dedi:
– Oğul, bu, yaxşı kitabdır. Sәn necә olmağı yoldaşından yox, bu kitabdan
öyrәnәcәksәn. Götür onu apar, pulunu sabah gәtirәrsәn.
Satıcının bu sözü Sәlimi çox utandırdı. O, başını aşağı salıb pәrt halda
mağazadan çıxdı.
1. Nadirin almaq istәdiyi kitabın adı nә idi?
2. Nadir niyә kitabı ala bilmirdi?
3. Sәlim ona nә mәslәhәt gördü?
4. Sәlimin hәrәkәtini necә qiymәtlәndirirsәn?
5. Mәtn üzrә debat keçirin:
a) kimin düz, ya sәhv hәrәkәt etdiyini müzakirә edin.
b) Nadirin Sәlimdәn borc istәmәyinә necә baxırsınız?
Dәftәrinә köçür
Kitabı ilk dәfә oxuyanda, biz yeni insanlarla tanış
oluruq. O kitabı bir qәdәr sonra yenidәn oxuyanda,
kitabın bizә nә demәk istәdiyini daha yaxşı anlayırıq.
Kitab insanın әn etibarlı dostudur.
151