Page 142 - Əlifba
P. 142
– Bu cür gözәl gündür, bütün çәmәnimiz sevinc içindәdir. Bәs sәn niyә
sevinmirsәn?
Balaca Qırmızı Çiçәk zәrif, incә lәçәklәrini yüngülcә qaldırıb Böyük
Sarı Gülә baxdı vә incә, titrәk sәsilә dedi:
– Bax, o balaca qızın anası var. Bax, o balaca buzovun da anası var. Bax,
o balaca bülbülün dә anası var. Bәs mәnim niyә anam yoxdur?
Böyük Sarı Gül hәmin o balaca qızın anasına, ana bülbülә vә inәyә baxıb
gülümsәdi, sonra çönüb Balaca Qırmızı Çiçәyә baxdı vә dedi:
– Sәn hәlә çox balacasan, ona görә dә çox şeyi bilmirsәn. Sәnin anan
torpaqdır. Mәnim dә, bütün güllәrin, çiçәklәrin dә, o böyük ağacların da
anası torpaqdır.
Balaca Qırmızı Çiçәk başını çevirib geniş çöllәrә, düzәnlәrә baxdı.
Әlbәttә, Balaca Qırmızı Çiçәk sevinirdi ki, onun da anası var. Sevinirdi
ki, onun anası belә böyük vә güclüdür. Amma bu sevincdә zәrif bir qәmginlik
var idi. Çünki Balaca Qırmızı Çiçәk istәyirdi ki, anası onu qucaqlasın,
xırdaca lәçәklәrindәn öpsün.
Elçin
1. Hekayәdә Balaca Qırmızı Çiçәk necә tәsvir edilir?
2. Niyә bütün güllәr, çiçәklәr Sarı Gülә hörmәt edirdi?
3. Balaca Qırmızı Çiçәk niyә qәmli idi?
4. Sarı Çiçәk onu necә sakitlәşdirdi?
5. Balaca Qırmizi Çiçәk nәyә sevinirdi?
6. «ana nәvazişi» ifadәsini necә anlayırsan?
Dәftәrinә köçür
Ananın qәdrini bilmәk gәrәkdir,
Anadan qiymәtli dünyada nә var?!
Anamız bәslәyir hәr birimizi,
Ona hörmәt edәk, sevәk, uşaqlar!
142