Page 146 - Əlifba
P. 146
NƏNƏ
Atalar sözü
Nənə gözünü nəvəyə dikər, tacir dəvəyə.
Böyüksüz yerdə xeyir-bərəkət olmaz.
Nәnәnin dәrman balası
Nәnә bir az kefsizlәdi,
Soyuq dәyib, yoxsa nәdi?
Hәkim bilsә, tez gәlәcәk.
Amma hәkim nә gәrәkdi?
Alnına әl qoysam әgәr,
Nәnәnin ağrısı kәsәr.
Mәni hәr görәndә nәnәm,
Unudar dәrd-qәmini.
Qayğısına qalasıyam,
Onun «dәrman bala»sıyam.
1. Niyә nәvә özünü nәnәsinin «dәrman bala»sı adlandırır?
2. Sәn necә, nәnәnә kömәk edirsәnmi?
3. Öz sevgini nәnәnә necә bildirirsәn?
4. Şeiri әzbәrlә vә nәnәnә söylә.
Dәftәrinә köçür
Mәn nәnәmi çox sevirәm. Ona ev işlәrindә kö -
mәk edirәm. Nәnәm mәnә dadlı xörәklәr bişirir,
axşamlar sehrli nağıllar danışır. Mәn hәr axşam
nәnәmlә nağıllar alәminә sәyahәtә çıxıram.
146