Page 141 - Əlifba
P. 141
BALACA QIRMIZI ÇIÇƏK
Hər bir canlının ana nəvazişinə eh yacı var.
Bircә gün idi ki, Balaca Qırmızı Çiçәyin qönçәsi açmışdı. Qıpqırmızı
xırdaca lәçәklәri lap nazik idi. Elә nazik idi ki, kәpәnәk qonsaydı, әzilәrdi.
Hәmin gün Günәş dә, güllәr dә, çiçәklәr, kәpәnәklәr, bülbüllәr dә çox
şәn vә xoşbәxt idilәr. Tәkcә Balaca Qırmızı Çiçәk qәmgin idi... Onun zәrif
lәçәklәri gülә bilmirdi, bu isti, günәşli yaz günü, hәtta bir az üşüyürdü dә.
Balaca Qırmızı Çiçәyin yanında Böyük Sarı Gül bitmişdi. Bu çәmәndә
bütün güllәrin, çiçәklәrin, otların yanında Böyük Sarı Gülün hörmәti var idi
vә bu güllәrin, çiçәklәrin nә sualı olsaydı, Böyük Sarı Gülә verәrdilәr. Çünki
Böyük Sarı Gülün yaşı çox idi.
Böyük Sarı Gül Balaca Qırmızı Çiçәyә baxdı, qıpqırmızı, incә lәçәklәrinin
qәmginliyini görüb dedi:
141