Page 48 - "Xəzər"
P. 48
Mən yubanmadan mister Kardinalla
yenidən söhbət eləmək fikrində idim, an-
caq buna imkan olmurdu, əsas da ona
görə ki, iki gün sonra gözlədiyimiz ameri-
kalı senator mister Luis elə həmin gün bi-
zə təşrif buyurdu. Mən aşağıda, bufet
otağında alınacaq ərzağın siyahısını tu-
turdum, bu vaxt başımın üstündə heç nə
ilə dəyişik salınmayacaq səs eşitdim –
avtomobillər həyətə daxil oldular. Tələsik
yuxarı qalxdım və – işə bir bax! – miss
Kentonla son dəfə aramızın dəydiyi hə-
min xidmət koridorunda rastlaşdım. Bu
uğursuz təsadüf, ola bilsin, keçən dəfə
dediyində uşaq tərsliyiylə israr etmək üçün
ona bəhanə verdi. Çünki kimin gəldiyini
48 soruşanda miss Kenton ayaq saxlama-
dan dedi:
2017 – Әgər tələsik bir iş yoxdursa, kağız
yazın, ya da başqa biri ilə çatdırın.

Çox heyif, ancaq başqa seçimim yox
idi – yuxarıya tələsməliydim.

(davamı gələn sayda)

Kazuo İsiquro. O günlərdən qalanlar
   43   44   45   46   47   48   49   50   51   52   53