Page 49 - "Xəzər" 2017
P. 49
ELÇİN Azərbaycan ədəbiyyatı. Elçin

49
2017

Bu romanın qəhrəmanlarının bir qismi tarixi şəxsiyyətlərdir, ancaq onlarla bağlı hər bir
epizodda və ümumiyyətlə, romanın hər səhifəsində tarixi dəqiqlik axtarmaq lazım deyil,
həmin tarixi şəxsiyyətlər bu romanda artıq «müəllifin qəhrəmanlarıdır» – müəllifin gördüyü,
onun qiymətləndirdiyi knyaz Pavel Dmitriyeviç Sisianov, yaxud da gənc şahzadə və vəliəhd
Abbas Mirzə Qacardır.

Bu əsərdəki tarixi kolorit – tarixi faktlarla tanış olduqca, müəllifin hiss etdiklərinin,
onun düşüncələrinin ifadəsidir və buradakı tarixi qəhrəmanlar da müəllif üçün qeyri-tarixi
qəhrəmanlar səviyyəsində «özününküdür».

Tarixçilər bu romandakı isimlərin hamısı ilə, buradakı məktublarla, ayrı-ayrı tarixi
epizod və məqamlarla bağlı arxivlərdə axtarışlar aparmasınlar, çünki heç nə tapmayacaqlar.
Romanda, olsun ki, tarix ilə üst-üstə düşməyən detal və ştrixlərə də fikir verməsinlər və bu
baxımdan müəllifin təskinliyi ondadır ki, burada tarixlə üst-üstə düşən və müəllifin fikrincə,
tarixilik baxımından əhəmiyyətli olan məqamlar da, güman ki, az deyil.
   44   45   46   47   48   49   50   51   52   53   54