Page 662 - antologiya - poeziya_175x250_Layout 1
P. 662
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Seyid Hüseyn
(1887-1938)
86
Yazıçı, tәnqidçi, pedaqoq. Kiçik hekayәlәr usta sı.
Müasir hekayә janrının inkişafı bilavasitә onun adı ilә
bağlıdır. XX әsrin әvvәllәrindә “Tazә hәyat” vә “Kaspi”
qәzetlәrinin mәtbәәlәrindә mürәttiblik edib, “Bәhlul”
vә “Qurtuluş” jurnal larının naşir lә rin dәn biri olub,
1913-1914-cü illәrdә “İqbal” qәzetinin baş redaktoru
vәzifәsindә işlәyib. 1934-cü ildә Azәrbaycan Yazıçılar
Birliyinin üzvü seçilib. 1930-cu illәrdә qәlәmә aldığı
“Gә lә cәk hәyat yolla rında”, “Şirin naz”, “İki hәyat
arasında”, “Yatmış kәndin qış gecәlәrindә”, “Gilan
qızı” vә digәr heka yәlәri ilә geniş şöhrәt qazanıb. Sağlı -
ğında “Ağ valideyn, yaxud zavallı Mәşәdi Zaman”,
“Qaçaq oğul, yaxud ata mәhәbbәti”, “Yeni hәyat yolla -
rında” adlı kitabları nәşr edilib. Sovet rejiminin
qurbanı olub. 1936-cı ildә Yazıçılar İttifaqının üzvlü -
yündәn çıxarılıb, 1937-ci ildә hәbs edilib, 1938-ci ilin
yan varında güllәlәnib.