Page 657 - antologiya - poeziya_175x250_Layout 1
P. 657
Abdulla Øàiq
Abdulla Şaiq
(1881-1959)
81
Yazıçı, şair, dramaturq, tәrcümәçi. Әmәkdar incә -
sәnәt xadimi. Bәdii yaradıcılığa 1906-cı ildә uşaqlar
üçün yazdığı silsilә şeirlәrlә başlayıb, qısa müddәtdә
Azәrbaycan milli uşaq poeziyasının incilәrini yaradıb.
1910-cu ildә qәlәmә aldığı “Gözәl bahar” pyesi ilә Milli
Uşaq Teatrının әsasını qoyub. Uzun müddәt Gәnc
Tamaşaçılar Teatrında çalışıb. “Tıq-tıq xanım”, “Tülkü
Hәccә gedir”, “Yaxşı arxa” mәnzum nağıllarını,
“Qaraca qız”, “Xasay”, “Eloğlu”, “Vәtәn”, “Fitnә”,
“Nüşabә” pyeslәrini yazıb. “Mәktub yetişmәdi”, “İki
müztәrib”, “Vәzifә”, “Araz”, “Daşqın”, “Göbәlәk”,
“Köç”, “İblisin hüzurunda”, “Dursun”, “Anabacı”,
“Әsәbi adam” kimi bir çox hekayә, povest vә romanların
müәllifidir. Firdovsinin “Şahnamә” poemasından
parçaları, V.Şekspirin “Maqbet” dramını, C.Sviftin
“Qulliverin sәyahәti” romanını, Puşkin, Lermontov,
Krılov, Qorki, Nekrasov vә digәr rus yazıçılarının
әsәrlәrindәn nümunәlәri dilimizә çevirib.