Page 660 - antologiya - poeziya_175x250_Layout 1
P. 660

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    elçilәri olan qaranquş, sığırçın vә leylәk sürü-sürü dönüb, yuvalarını tikәcәk,
                    sәhәr vә axşam şirin-şirin nәğmәlәrlә ruhları, ürәklәri oxşayacaqlar; hәr
                    yerdә әkin vә bostan işlәri başlanacaq, balıqçılar çaylardan vә göllәrdәn
                    balıq ovlayacaq. Ah, mәni bu gözәlliklәrә, ev-eşiyimә, uşaqlarıma hәsrәt
                    qoyan kasıblıq!” Bu kәdәrli düşüncә Qurbanın vücudunun hәr sahәsinә
                    sürәtlә yayılaraq, bütün bәdәnini titrәtdi. Daxilindә әzici bir sızıltı duydu.
                    Qәlbi sanki bir an dayandı. Artıq dizlәrindә taqәt, vücudunda qüvvәt
                    qalmamışdı. O, ayaqları altında xışıldayan qarın üzәrinә birdәn-birә
                    üzüqoylu düşdü; ölgün vә üzgün halda başını qaldırdı. Qabağında izdihamı
                    yarıb keçәn arabaları, isti paltarlı, şәn sifәtli insanları, o qaynar hәyat
                    sәhnәsini qәzәbli nәzәrlәrlә süzdü; biixtiyar soyuq dodaqlarından bütün
                    iztirab vә kәdәrlәrinә tәrcüman olan “of” uçdu, özünü doğruldaraq düşdüyü
                    yerdәn qalxdı. Tez әlini qoynuna soxdu vә mәktubu yanıq ürәyi üzәrinә
               84   sıxaraq yeridi. Bir az sonra Qulamrzanın mәnzilinә yetişdi. Qapı bağlı idi,
                    mәyus vә dalğın halda geri döndü, qarışqa kimi qaynaşan işçilәr içindә
                    sәrsәri kimi dolaşarkәn, hәmşәrisi Sәftәri gördü. Ona yaxınlaşaraq әhval
                    soruşdu. Mәlum oldu ki, Qulamrza şәhәrә getmişdir. Qurban Sәftәrә
                    yalvardı “Qulamrza qayıdanda mәnim gәldiyimi ona de, tapşır ki, mәni
                    görmәmiş getmәsin. Amanatım da, dilcavabı sifarişim dә var”.
                        Bunu deyib Qurban mәnzilinә qayıtdı.
                        – Namәrdlәr, alçaqlar, nә qәdәr ki, quyu dәrinlәşmәmişdi, mәn baş
                    idim, onlar quyruq. Hәr tәrәfә dönsәm, onlar da o sәmtә sürünürdülәr. İndi
                    ki quyu dәrinlәşib, mәnә baş olmaq istәyirlәr, hәr gün mәnә tәzә bir “ulti-
                    matum” verirlәr. “Quyu dәrinlәşib, ölüm ayağı var. Daha nә bilim nә... nә” –
                    deyә hәr gün tәzә şәrt qoyurlar. Tfu, sizin kimi namәrd adamlara! Sizә
                    qırmanc lazımdır, qırmanc!
                        Tanrıverdi vә Sәfәr çәkdiklәri torpağı boşaldıb yenidәn dolu quyuya
                    buraxdıqdan sonra Tanrıverdi:
                        – Ay ağa, – dedi, – bilirsәn ki, quyunun indi çәtin vaxtıdır, әjdaha kimi
                    ağzını açıb qurban istәyir. İnsaf da yaxşı şeydir. Axı...
                        Sәfәr Tanrıverdinin sözünü kәsdi, göz işlәdikcә sıra ilә düzülәn neft
                    buruqlarına әli ilә işarә elәyәrәk әlavә etdi:
                        – Bax, bu yerlәrin hәr guşәsinә ayaq bassan, hәr ovuc torpağına qazma
                    vursan, işçi sümüyü görәrsәn, işçi fәryadı eşidәrsәn. Bu uca evlәrdә, isti
                    otaqlarda naz-nemәt içindә yaşayan...
                        Hacı Qulu Sәfәrin sözünü kәsib, ayaqlarını yerә çırparaq bağıra-bağıra:
                        – Canınız çıxsın, – dedi, – pul qazanmaq asandır? Siz canınızdan
                    keçirsiniz, biz dә әtәk-әtәk pulumuzdan.
                        – Sәfәr! Sәfәr! Qurban ipi tәrpәdir.
   655   656   657   658   659   660   661   662   663   664   665