Page 659 - antologiya - poeziya_175x250_Layout 1
P. 659

Abdulla Øàiq


                – Molla әmi, yaman adamın quyusunda işlәyirәm, quyu indi otuz
            sajından aşağı enib, nә qәdәr yalvarırıq: “Ay ağa! Haqqımızı bir az artır;
            aşağı getmәk çox çәtindir, neftin, qazın iyindәn nәfәs tutulur”, zalım oğlu
            razı olmur. “Әvvәlki şәrtimizlә qazacaqsınız, yoxsa haqqınızı vermә -
            yәcәyәm” deyir. Molla, burada pul qazanmaq çox çәtindir. Sәnin peşәn
            yaxşıdır. Gündә beş-on kağız, dörd-beş dua yazsan, bәsindir. Allah bәrәkәt
            versin. Daha nә istәyirsәn?
                Molla Fәrzәli qәlәmi qәlәmdana qoydu, divarın deşiyindәn iki barmağı
            arasında bir qәdәr torpaq alıb, mәktubun üstünә tökәrәk quruda-quruda
            cavab verdi:
                – Hәmşәri, uzaqdan döyüş adama asan gәlir. Mәnim sәnәtim bildiyin
            qәdәr dә yüngül deyil. Qış-yaz küçә başında müştәri yolu gözlәmәkdәn
            adamın gözlәrinә qaranlıq çökür. Elә gün olur ki, bir nәfәr dә müştәri gәlmir.
            Qarnını ovuşdura-ovuşdura qalırsan.
                Molla әbasına bәrk sarındıqdan sonra mәktubu Qurbana oxudu. Qur-   83
            ban mollanın ağzından çıxan kәlmәlәri yeyәcәkmiş kimi ağzını açmış,
            diqqәtlә onu dinlәyirdi. Sonra üzündә, gözlәrindә sevinc qığılcımları uçu -
            şaraq:
                – Molla, Qulamhüseynә dә salam yaz, – dedi, – Yaz ki, mәn gәlincә
            uşaqlardan göz-qulaq olsun, yazsın görüm, bizim qızıl inәk dururmu? Kor
            yabını satıb, ya yox? Bir dә yaz ki, gәlәndә Anaxanıma güllü-güllü dәsmal,
            Mәmişә dә qırmızı köynәk gәtirәcәyәm.
                Molla Fәrzәli mәktubu yazıb bitirdikdәn sonra büküb zәrfә qoydu vә
            üzünü Qurbana tutub:
                – Hәmşәri, zәrfin üzü kimin adına olacaq? – deyә soruşdu. Qurban әli
            ilә boynunu ovuşdura-ovuşdura:
                – Hә, molla, Yaz ki, Qurbanın uşaqlarının anasına yetişәcәk.
                Molla zәrfin üzünü yazıb Qurbana uzatdı.
                Qurban mәktubu alıb sevincәk iki әli arasında diqqәtlә baxdıqdan sonra
            qoynuna qoymaq istәdi. Mәktub әlindәn yerә düşdü. Mәktubu tez götürdü.
            Oyan-buyanını tәmizlәyib yenidәn qoynuna qoydu. Kisәsini çıxarıb, iki şahı
            mollanın ovcuna sıxaraq: “Al, hәmşәri! Bayramqabağı genә mәktub
            yazdıracam, mәndәn sәnә çox xeyir çatacaq”, – deyib qalxdı.
                Qurban әli ilә qoynundakı mәktubu bәrk tutaraq yeriyirdi. O, indi
            hәmşәrisi Qulamrzanın mәnzilinә gedib, hәm mәktubu ona vermәk, hәm
            dә dilcavabı bir-iki söz sifariş etmәk istәyirdi; yolda yeriyәrkәn düşünürdü:
            “Әcәb bәxtәvәr adamdır, indi gedib balalarını görәcәk, külfәtinә, elinә,
            obasına qovuşacaqdır. Ox... bir-iki ay sonra oralar nә gözәl olacaq. Çöllәr,
            dağlar yamyaşıl olacaq, çiçәklәr açacaq, ağaclar yarpaqlanacaq, ilk baharın
   654   655   656   657   658   659   660   661   662   663   664