Page 653 - antologiya - poeziya_175x250_Layout 1
P. 653

Söleyman Sani Axundov




                                Mister Qreyin köpәyi


                      uan Qay, Xan Qou şәhәrinin Nan Si çayının sahilindә әski bir
                      daxmada qoca anası ilә yaşayırdı. Bu gәnc küçә aktyoru idi, öz
                Pşagirdi, balaca Sen O ilә bazarlarda, şәnlikli küçәlәrdә, çayxa -
            nalarda oyun çıxartmaq, mәzhәkә yaratmaq vә mahnı oxumaqla gündәlik
            ruzi sini qazanardı.
                Bәxti gәtirib 60-70 qәpikdәn çox qazananda, o axşamı, çörәk vә
            soğandan әlavә, balıq da alıb şad evlәrinә gәlәrdi vә küçәdәn hәyәtә daxil
            ol duqda “Ana can, yuy... yuy...” – deyә onu sәslәrdi.
                Puan Qayı çinlilәr sevәrdilәr, lakin avropalılar onu görmәk belә
            istәmәzdilәr, çünki Puan Qay onların pis xasiyyәtlәrini, mәğrurluqlarını,
            çinlilәrә edilәn zülmü pantomima tәrzi ilә gözәlcәsinә göstәrib xalqı  77
            güldürürdü. Bunun üstә Puan Qay avropalılar tәrәfindәn neçә dәfә kötәk
            yemişdi. Lakin yenә dә onların tәqlidini çıxartmaqdan saqınmazdı. Ancaq
            şәhәrin Avropa hissәsinә enmәkdәn çәkinәrdi.
                Bir sәhәr Puan Qay küçәdә hәsir salıb, üst paltarını soyunub oyun
            çıxarırdı. Adamlar yığılıb ona tamaşa edirdilәr. Bu zaman mister Qreyin
            aşpazı bazardan azuqә alıb evә qayıdırdı. Misterin mәhşur köpәyi Bollu da
            onun arxasınca gәlirdi. Bu ingilis buldoqu sahibi kimi qayәt kinli, dәhşәtli
            bir köpәk idi. Bollunun qapdığı iti vә insanı әlindәn almaq mümkün deyildi.
            Ta üstünә su tökmәyincә, tutduğunu buraxmazdı. Bu köpәk çinlilәrә çox
            әziyyәt verirdi. Lakin mister Qreyin qorxusundan kimsә onu vura bilmәzdi.
                Bollu adamların dәstәsinә yaxınlaşdıqda uşaqlar: “Mister Qreyin
            köpәyi gәlir”, deyә qaçmağa başladılar. Böyüklәr dә kәnara çәkildilәr. Bu
            zaman Puan Qay arxası üstә uzanıb ayaqları ilә Sen O-nu tez-tez yuxarı
            atıb-tuturdu. Köpәyin diqqәtini cәlb edәn Puan Qayın hәsirin üstә ilan kimi
            uzanan kәkili idi. Sen O onu gördükdә qışqırdı. Puan Qay, Sen O-nu yerә
            buraxıb cәld qalxdı. Bu vaxt köpәk Puan Qayın arxalığını qapıb qaçmağa
            başladı... Puan Qay, öz şeylәrini şagirdinә tapşırıb köpәyin dalınca qaçdı.
            Küçәdәn daş yığıb köpәyә atırdı. Lakin Bollu daşların dәymәyinә baxma-
            yaraq, arxalığı dişindәn salmırdı. Daşın biri Bollunun ayağına bәrk
            dәymişdi. Lakin höcәt köpәk yenә dә arxalıqdan әl çәkmirdi. Küçәni
            dönәrkәn bir Çin polisi onun qabağını aldı:
                – Nә üçün köpәyә das atırsan?
                – Görmürsәnmi, köpәk arxalığı aparır...
                – Görürәm vә köpәyin dә mister Qreyin olduğunu bilirәm.
                – Demәli, mister Qreyin köpәyi üçün qanun yoxdur?!.
   648   649   650   651   652   653   654   655   656   657   658