Page 648 - antologiya - poeziya_175x250_Layout 1
P. 648

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû



                                Serjant İvanov adına körpәlәr evi


                              ayız girәndәn bәri belә şiddәtli soyuq görü nmәmişdi. Çәmәnlәr
                              xәzan yarpaqları ilә örtülür, günәş üfüqdәn çәkilir, meşәdә
                        Pqaranlıq bir iz buraxaraq gedirdi.
                        Gәnc leytenantın dәstәsi K. kәndinin şәrq tәrәfin dәki meşәdә yerlәş -
                    mәk vә diviziya komandirinin әmrini göz lәmәk üçün tapşırıq almışdı. Ağır
                    toplar piyadanın hәrә kәtini tәmin etmәk üçün geridәki tәpәlәrdә yerlәş dirilir,
                    p u lem yotlar isә şam ağacının yarpaqları arasında gizlәdilirdi.
                        Külәk şiddәtlәnirdi. Hücum әmrini gözlәyәn hәr bir qızıl әsgәr bütün
                    diqqәtini toplayaraq, tәyyarә sәsini eşitmә yә çalışırdı; çünki K. kәndini
                    düşmәndәn almaq üçün hü cum, birinci olaraq sovet tәyyarәlәrinin hәrәkәtilә
                    başlanacaqdı.
               72       Telefonçu hәr an diviziya komandirinin әmrini göz lәyirdi. Telefonun
                    zәngi vuruldu. Telefonçu sevinәrәk, dә stәyi götürdü. Lakin bu şadlıq uzun
                    çәkmәdi. Vurulan zәng sәhra telefonunun işlәyib-işlәmәmәsini yoxlamaq
                    üçün idi.
                        Meşәdә minlәrlә döyüşçünün yerlәşdiyinә baxmaya raq, bir sәs belә
                    eşidilmirdi. Lakin bir az sonra meşә hәyatın da yad olan şübhәli bir sәsin
                    eşidilmәsi gәnc leytenantı dü şü n  dürdü. Sәs getdikcә şiddәtlәnirdi. Yaxşı
                    diqqәt veril dik dә, bu sәs ana döşlәrindәn ayrılan bir körpәnin ağlama sına
                    bәnzәyirdi.
                        Kәnd çox uzaqda idi. Orada ağlayan körpәlәrin sәsi bu qәdәr yaxından
                    eşidilә bilmәzdi. Bundan әlavә, kәş fiyyatçıların gәtirdiyi xәbәrlәrә görә,
                    kәnd tamamilә yandırılmış, kәnddә yaşayanlar isә hәrә bir tәrәfә qaçıb
                    getmişdi. Dәrhal uşaq sәsi gәlәn tәrәfә dörd nәfәr qızıl әsgәr göndәrildi,
                    qızıl әsgәrlәrin qayıtması o qәdәr dә uzun çәkmәdi. Qızıl әsgәrlәrdәn biri
                    qanlı yorğana bürünmüş uşağı göstәrib raport verdi:
                        – Hissәdәn iki yüz addım qәrbә doğru meşәnin içәrisi qadın vә kişi
                    meyitlәrilә doludur. Gәtirdiyim körpә isә bir qadın meyitinin yanında
                    çabalayırdı.
                        Leytenant heç bir söz demәdәn, körpәni alıb gözlәrinә baxdı vә qızıl
                    әsgәrә qaytarırkәn:
                        – Yaxşı uşaqdır, – deyәrәk dәsmalını çıxarıb gözlәrini sildi vә sonra
                    üzünü qızıl әsgәrә tutub dedi:
                        – Zәnn edirәm ki, qızıl әsgәrlәrin heç biri alman faşizminin bu
                    vәhşiliyini unutmayacaq vә intiqam hissi onlarda hәmişә alovlanacaqdır.
                        Leytenant bunları söylәyib qızıl әsgәrә qısa bir әmr verdi:
                        – Körpәni otağa aparıb rahat edin!
   643   644   645   646   647   648   649   650   651   652   653