Page 650 - antologiya - poeziya_175x250_Layout 1
P. 650
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
– Bütün yorğunluğum bununla bitdi, – dedi vә süd şüşәsini körpәnin
ağzına yaxınlaşdırdı. Körpә isә bu süd şüşәsini mehriban bir ananın döşü
kimi bәrk-bәrk tutdu.
Düşmәn çәkilәndәn sonra kәndә birinci olaraq, balaca Vera qayıtmışdı.
O, kәndә böyük bir ümidlә gәlmişdi. Onun fikrincә, ata-anası hamıdan әvvәl
kәndә qayıtmış vә evi qızdırmışdılar; çünki faşistlәr kәndә girdiyi zaman
onlar isti paltar götürmәyә, hәtta ayaqqabılarını geymәyә belә imkan tapa
bilmәmişdilәr. Vera ayaqyalın idi, meşәnin tikanlarında didilmiş ayaqlarını
küçәlәrin buzlu palçıqlarına basdığı zaman titrәyir vә ağlayırdı. Qız evlәrini
tapa bilmirdi. Lakin su budkasının yanından sol tәrәfә baxdığı zaman,
evlәrinin yanıb külә döndüyünü görüncә, hönkür-hönkür ağlamağa başladı.
Vera bütün gecә-gündüz heç bir şey yemәmişdi, yorğun bәdәni soyuqdan
donurdu. O qızınmaq üçün anbarın yanıb külә dönmüş dirәyinin yanında
oturdu. Yorğunluq vә yuxusuzluq can ağrısına qalib gәldi. Bir neçә dәqi -
74 qәdәn sonra onu yuxu apardı.
Budur, atası çöl işindәn tәzәcә evә qayıtmışdır; anası nahar süfrәsini
döşәyir; sobada qızardılmış qazı, bişmiş kartofu, qıpqırmızı üz bağlamış
südü vә başqa yemәklәri gәtirib masanın üstünә düzdü. Vera smetanı, tәzәcә
soyulmuş isti kartofun üstünә töküb qaşıq ilә әzir vә yeyirdi. Vera bu lәzzәtli
xәyali süfrәnin başında bәxtәvәrlik etdiyi zaman sәhәrin şiddәtli soyuqları
onu daha başqa bir alәmә aparmaq istәyirdi.
Әsәn külәk vә yağan sulu qar Veranın bәdәnini bir buz parçasına
döndәrmişdi.
Serjant İvanov balaca bir qızın ölümcül halda tapıldığını eşidәrkәn
sevindi vә dәrhal: “Körpә ilә mәşğul olmaq üçün bu qız göydәndüşmә bir
nemәtdir”, – deyә qızı öz tankına aldı. Bir az sonra tankçılar İvanovun
tankının әtrafına yığışıb gülüşürdülәr. İvanov isә barmağını dodaqlarına
qoyub:
– Sakit! Sakit! Uşaqları narahat etmәyin! – deyirdisә dә, buna etina
edәn yox idi. Tankçılar yenә İvanovun tankının arxasına baxıb gülüşürdülәr.
İvanov bundan şübhәlәndi. O, dәrhal maşından düşüb tankı yoxladı, özü dә
әlini qarnına qoyub güldü vә bir daha tankın arxasına vurulmuş kağız
lövhәni oxudu:
“Serjant İvanov adına körpәlәr evi”.
Tanklar irәli hәrәkәt әmrini almışdılar.
Ağır tankın hәrәkәti kiçik Veranı vә körpәni nazlandırırdı. Hәr ikisi
şirin yuxu içindә idi.
Maşın 30 kilometr getdikdәn sonra dayandı: yemәk vaxtı idi.
Vera gözlәrini açıb olduğu yerә diqqәtlә baxdı, özünü dәmir bir qәfәsin
içindә gördü. Sonra özünün ağ bir mәlәfәyә bürünüb uzandığına diqqәt