Page 647 - antologiya - poeziya_175x250_Layout 1
P. 647
Mÿmmÿd Sÿid Ordubadi
Mәmmәd Sәid
Ordubadi
(1872-1950)
71
Yazıçı, şair, dramaturq. Әmәkdar incәsәnәt
xadimi. Әdәbi yaradıcılığa 1903-cü ildә “Şәrqi-Rus”
qәzetindә dәrc olunan “Tәbrik” şeiri ilә başlayıb.
“Molla Nәsrәddin” jurnalı ilә yaxından әmәkdaşlıq
edib. 1906-1907-ci illlәrdә Tiflisidә “Qәflәt”, “Vәtәn
vә hürriyyәt” adlı şeir kitabçaları, 1914-cü ildә
Bakıda “Bәdbәxt milyonçu”, “Әndәlüsün son gün -
lәri, yaxud Qranadanın tәslimi” әsәrlәri nәşr edilib.
1920-1925-ci illәrdә qәlәmә aldığı dördcildlik
“Dumanlı Tәbriz” әsәri ilә Azәrbaycan әdәbiyyatın -
da roman-epopeya jan rı nın әsasını qoyub. “Qılınc
vә qәlәm”, “Gizli Bakı”, “Döyüşәn şәhәr” kimi tari -
xi romanların, hәmçinin “Koroğlu”, “Nәrgiz”,
“Nizami” operalarının, “Beşmanatlıq gәlin”, “Ürәk -
çalanlar” musiqili kome diyalarının libretto müәl -
lifidir.