Page 59 - antologiya - poeziya_175x250_Layout 1
P. 59
Ìèðçÿ Øÿôè Âàçåù
Qoy sәnin nәzәrin hәr yana baxsın,
Baxışın qәlblәri yandırıb-yaxsın.
Pәmbә dodaqların tәbәssümlәri
Әtrafa nur yaysın, açsın sәhәri.
Sәnә çadra kimi, ey incә mәlәk,
Tәk gecә zülmәti olsun bürüncәk. 59
Tulla gәl çadranı... hüsnüntәk hüsnü
İstanbul soltanı görmәmiş belә!
Uzun, sıx kirpiklәr arasındakı,
O aydın gözlәrin – nurlu piyalә.
Aç qara gözünü, çadranı tulla!
Hәyatda cәsur ol, yaşa qürurla.