Page 62 - antologiya - poeziya_175x250_Layout 1
P. 62
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Mәn eşitdim ol gülün meyxanәlәrdir mәnzili,
Әsli gördüm yox, gәlib meyxanәlәrdәn küsmüşәm.
Xanimanımdan mәni saldı Nәbati dәrbәdәr,
Әqlә bax, Mәcnun kimi biganәlәrdәn küsmüşәm!
***
Susuyubdur genә kimin qanına,
62 Xumar-xumar baxar hara gözlәrin?
Nola, bir dә dolanaydım başına,
Qurbanı olaydım qara gözlәrin!
Müqәvvәs qaşların etginәn kaman,
Çәkginәn müjgandan tiri-cansitan,
Bu xәstә canımı qılginәn nişan,
Qoy etsin köksümü para gözlәrin.
Sәnubәr qamәtin, ey sәrvi-rәftar,
Şümşadü әrәri etdi şәrmsar,
Nә yalqız etmisәn mәni xarü zar,
Çoxları gәtirib zara gözlәrin.
Arizin dövründә zülfi-müşginab,
Qoymaz şәfәq salsın qürsi-afitab,
Hökm qıl götürsün sayәsin sәhab,
Bu dәrdә eylәsin çara gözlәrin.
Üzün şәşәәsi, ey şәmi-Çәkil,
Xurşidi-xavәri etdi münfәil.
Belә ki, eşq odu oldu müştәil,
Çәkdirә hәqq mәni dara gözlәrin.