Page 63 - antologiya - poeziya_175x250_Layout 1
P. 63

ßáöëãàñèì Íÿáàòè







                     Xәdәngi-xunrizin, ey şirin mәnzәr,
                     Xosrovu tәxtindәn etdi dәrbәdәr.
                     Hәlqә edib әldә zülfi müәnbәr,
                     Nә sehr oxur genә, mara gözlәrin?


                     Tәzә gültәk açılısan sәhәrdәn,
                     Müzәyyәn olursan lәlü gühәrdәn,
                     Yaxşı saldın Nәbatini nәzәrdәn,
                     Әcәb mail olmuş xara gözlәrin!



                     * * *                                                          63


                     Sәba, mәndәn söylә ol gülüzarә,
                     Bülbül gülüstanә gәlsin, gәlmәsin?
                     Bu hicran düşkünü, illәr xәstәsi
                     Qapına dәrmanә gәlsin, gәlmәsin?

                     Mәn qurbanı olum әnbәr tellәrin,
                     Qönçә dodaqların, püstә dillәrin,
                     O lalә rüxsarın, mişkin xalların
                     Oduna pәrvanә gәlsin, gәlmәsin?


                     Gözüm çox hәsrәtdir xumar gözünә,
                     Günәş camalına, şәkәr sözünә,
                     Utanıram, necә deyim üzünә,
                     Dәrdin xәstә canә gәlsin, gәlmәsin?

                     Dolaşdır boynuma şümşad qolunu,
                     Qucaqlayıb qucum incә belini,
                     Lәli-lәbin әmim, sorum dilini,
                     İstәr ölü canә gәlsin, gәlmәsin?

                     Nәbati istәmәz sәnsiz dünyanı,
                     İzzәti, hörmәti, şövkәti, şanı,
                     Bir zada qalmayıb daha gümanı,
                     Bu baş o meydanә gәlsin, gәlmәsin?
   58   59   60   61   62   63   64   65   66   67   68