Page 586 - antologiya - poeziya_175x250_Layout 1
P. 586

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû



                                     Rәşid bәy vә Sәadәt xanım


                                  ay ayının gözәl bir günü idi. Bütün tәbiәtin canlandığı vә
                                  bәzәndiyi bir zamanda Azәrbaycan bәylәrinin birinin Sәadәt
                        Madında yeganә bir qızı sübh vaxtı günәş şәrq tәrәfdәn doğ -
                    mağa başlarkәn, kiçik, lakin gözәl bir evdәn çıxıb xoş bir hava ilә oxşanmaq,
                    çiçәklәrin nәşә verәn әtirlәrini iylәmәk vә quşların nәvazişli nәğmәlәrini
                    dinlәmәk üçün sәfalı bir bağa girdi.
                        Qız bağa girәr-girmәz, bütün tәbiәt sanki başqalaşdı. Göyün üzü daha
                    da gözәllәşdi. Şad vә fәrәhli quşlar ağaclardan onun ayağına töküldülәr,
                    hava lәtif әtirlәrlә doldu.
                        Bütün tәbiәt sanki son dәrәcә şәn halda özünü ona bәyәndirmәk istә -
                    yirdi. Belә bir gözәl vücuda özünü bәyәndirmәyi kim istәmәz!
               10       Gözәl Sәadәt bir qәdәr bağda gәzdikdәn sonra böyük şabalıd ağacının
                    dibindә, çәmәnlikdә әylәşdi.
                        O, indi fikir dәryasına qәrq olaraq, özü dә sәbәbini bilmәdәn tez-tez
                    “ah” çәkirdi. Onun hәyatında sanki heç bir çatışmayan cәhәt yox idi.
                        Gözәl Sәadәt bir sevgili arzusunda idi. Sevgisiz hәyat – bәdbәxtlik vә
                    qәm-qüssәdir.
                        Qızın pәnah gәtirdiyi bu romantik bucaq ona o qәdәr xoş gәlirdi ki,
                    sәhәrlәr hәmin bağa gәlib әtirli qızılgüllәrdәn hörülmüş köşkün yanında,
                    ortasında fәvvarә vuran bir hovuzun kәnarında oturardı.
                        Bir gün dәrin xәyallara dalan qızın qulağına hәzin bir sәs gәldi: “Ah!
                    Mәn sevgimi gizli saxlamaq üçün nәlәr etmәzdim. Ocaq üstündә qaynayan
                    bir qab su mәnim könlüm qәdәr qaynar ola bilmәz”.
                        Bu sözlәri eşitdikdә nazәnin Sәadәt әylәşdiyi yerdәn çәkilib getmәk
                    istәdi.
                        Lakin bu tәsirli sözlәri oxuyan şәxsi görmәk üçün utana-utana әtrafa
                    baxdı; heç bir kәsi görә bilmәdikdә, bu sәsin sehrkar bir sәs olduğunu zәnn
                    etdi.
                        Lakin sevgi kәlmәsi onun könlünü hәyәcana gәtirdi vә bütün hissiy -
                    ya tını alovlandırdı.
                        Bu vaxt Sәadәtin mehriban dayәsi Şamah bağa girdi. Şamah Sәadәti
                    uzaqdan rәngi qaçmış vә iztirab içindә görüb cәld onun yanına gәldi vә onu
                    qucaqlayıb öpәrәk, hәyәcanının sәbәbini soruşdu.
                        Sәadәt әli ilә güllәrin solmuş yarpaqlarına vә ağacdan tökülüb yerdә
                    çürümüş meyvәlәrә işarә edәrәk dedi:
                        – Mәnim dә taleyim belәdir!
                        Bu sözlәr tәcrübәli qadına gәnc qızın hәyәcanının sәbәbini bildirdi.
                    Vә falı Şamah qızı gecikmәdәn evә aparmaq istәdi, lakin bağın qapısına
   581   582   583   584   585   586   587   588   589   590   591