Page 584 - antologiya - poeziya_175x250_Layout 1
P. 584

dә dünyada gedәn ictimai-estetik  proseslәri kifayәt qәdәr dәrindәn bilmәlәri
                    idi. Lakin nәzәri hazırlıq bәzәn onların әsәrlәrindә hәyat materialının
                    kasadlığı barәdә müәyyәn tәsәvvürlәr, şübhәlәr doğursa da, bu, belә
                    deyildi… İlk növbәdә ona gö rә ki, “yeni nәsr”in mәramı  hәyatı necә varsa,
                    o cür  tәsvir etmәk yox, onun sosial-psixoloji tәhlilini vermәklә mükәm mәl
                    (vә zәngin) ovqat situasiyaları yaratmaq, insanı özünün çoxgedişli
                    tәhtәlşüur reaksiyalarında duymaq, dәrk etmәk idi.
                        Fikrimizcә, 20-ci, 30-cularla 60-cılar arasında mövzu, ideya, tәhkiyә
                    tәr zi baxımından, bir növ, keçid tәşkil edәn 40-cı, 50-cilәr (İ.Şıxlı, Ә.Cә fәr -
                    zadә, H.Abbaszadә, G.Hü seyn oğlu, V.Babanlı, İ.Hüseynov…) mövcuddular.
                    Onlarda hәm әvvәlki nәslin maarifçilik xarakteri, geniş panoramlı tәhkiyә
                    tәrzi, hakim sosializm realizmi ilә müәyyәn qәdәr hesablaşmaq stixiyası,
                    hәm dә sonrakı nәslin milli mücadilә, insanı, hәyatı necә varsa, o cür tәsvir
                    (vә tәqdim) etmәk eşqi, ruhu var… Heç dә tәsadüfi deyil ki, 60-cılar öz
                8   mәram larını istәr yaradıcılıq tәcrübәsindә, istәrsә dә, nәzәri diskus si ya -
                    larda elan etdikdә 40-cı, 50-cilәr, әsasәn, onların cәb hә  sindә da yan maqla,
                    demәk olar ki, eyni mövqeyi bö  lüş   dürdülәr.
                        Hәm xronoloji, hәm dә ideya-metodoloji prinsipә görә, XX әsrin sonu –
                    XXI әsrin әvvәllәri öz nәsr tәfәkkürünü (vә texnologiyalarını) tәqdim etmәli
                    idi… Ancaq vәziyyәt, mahiyyәt etibarilә nә yerdәdir?.. Azәrbaycan nәsrinin
                    birinci (XIX әsrin sonu – XX әsrin әvvәllәri), ikinci (XX әsrin 20-ci, 30-cu,
                    40-cı illәri) vә üçüncü (hәmin әsrin 50-ci, 60-cı, 70-ci, 80-ci illәri) nәslindәn
                    sonra dördüncü nәsil nә ilә yadda qalacaq? Hәlә ki, yalnız onu demәk olar
                    ki, dördüncü (müasir) nәsil özündәn әvvәlki (üçüncü) nәsillә üz-üzә gәlmәk,
                    öz ideya-estetik mövqeyini bütün “vücud”u ilә ortaya qoymaq iqtidarında
                    deyil… Halbuki әvvәlki nәslin  Anar, Elçin, M.Süleymanlı, S.Sәxavәt,
                    M.Oruc, A.Mәsud, A.Abbas, S.Budaqlı… kimi görkәmli nümayәndәlәri bu -
                    günün әdәbi mәnzәrәsini (vә nәsr yaradıcılığı prosesinin meyillәrini)
                    müәyyәnlәş dir mәkdә davam edirlәr.

                                                                          Nizami Cәfәrov,
                                                     AMEA-nın müxbir üzvü, millәt vәkili
   579   580   581   582   583   584   585   586   587   588   589