Page 587 - antologiya - poeziya_175x250_Layout 1
P. 587

Èsmaéûl áÿy Qutqàøûnlû


            yaxınlaşdıqda yenә hәmin sәs eşidildi: “Sәn mәnim nәzәrimdәn uzaqlaşmaq
            istәyirsәn, lakin mәnim qәlbimdәn uzaqlaşa bilmәzsәn!”
                Hәr ikisi heyran bir halda, yerlәrindә dayanıb әtrafa baxdılar, lakin
            kimsәni görmәdilәr. Bağdan çıxıb qapını bağladılar. Nәhayәt, evә yetişdilәr.
            Evdә Sәadәtin anası Tutu xanım onları gözlәyirdi.
                Sәadәtin vә Şamahın sükutu vә qәmginliyi qohumlarını tәşvişә saldı.
            Gәnc qızdan heç bir cavab almayaraq, Şamaha müraciәt etdilәr.
                Şamah eşitdiklәrini onlara müfәssәl danışdıqdan sonra, onu qız ilә
            yalqız buraxmaları üçün işarә etdi. Lakin Şamah bir az әvvәl qızda olan
            şadlığı tәkrar oyandırmaq istәdisә dә, müvәffәq olmadı.
                Bağda eşidilәn sehrkar sәsin sahibini aydınlaşdırmaq üçün bütün ailә
            toplanmışdı. Xeyli fikirdәn sonra belә qәrara gәldilәr ki, bağ sehrlәnmişdir
            vә o gündәn sonra qıza bağa girmәk qadağan edildi.
                Zavallı Sәadәtin xәyalları, qәmlәri vә pәrişanlığı günbәgün, saatbasaat
            artırdı.                                                               11
                Nә dayәsinin qayğısı, nә anasının mehribanlığı, nә oyun, nә musiqi
            onu sakit edә bilmirdi. O, cazibәli sözlәri bir dә eşitmәk üçün әbәs yerә ba -
            ğa getmәk fikrinә düşdü, әbәs yerә üzüyünü bağda itirdiyini anasına söylәdi.
            Anası onun bütün yalvarışlarını rәdd edәrәk, cavab verdi:
                – Әziz qızım, bağın qapısı bağlıdır, tam bir möhtәrәm vә müqәddәs
            dәrviş gәlib o bağı paka çıxarmayınca, kimsәyә ora daxil olmağa icazә
            yoxdur.
                Bәyin ailәsini dәrvişin yolunu gözlәmәkdә qoyaq. Qafqaz ölkәlәrindә
            hәr evin yanında qadınların yeganә seyrәngahı olan bir parça olar. Belә bir
            seyrәngahdan mәhrum olan Sәadәti dә öz otağında qüssә çәkmәkdә qoyaq.
            Bir az da öz sәsilә Sәadәtin qәlbini alovlandıran Rәşid bәydәn danışaq.
                O zaman iyirmi iki yaşına girmiş Rәşid bәy İsmayıl adlı bir bәyin oğlu
            idi. Bu bәyin alicәnablığı vә nәzakәti sәrvәtindәn çox idi.
                Bәy, oğluna da öz sәliqәsilә tәrbiyә vermişdi, lakin gәnc nәcibliyi,
            qәlbinin hәssaslığı, cәsarәt vә mәrdliyi ilә atasını da keçmişdi. O, “Şah -
            namә”ni vә başqa qәhrәmanlıq dastanlarını, xüsusilә fars qәzәllәrini
            oxumağı çox sevirdi. Bundan başqa, onun at sürmәkdә, tüfәng, tapança
            atmaqda, silah oynatmaqda böyük mәharәti var idi. Onun ikicә arzusu vardı:
            bütün mәşhur igidlәrә qalib gәlmәk vә bütün zәiflәrә, yoxsullara kömәk
            etmәk.
                On sәkkiz yaşından başlayaraq, Rәşid bәy vaxtını gah at oynatmaqda,
            gah par-par parıldayan silahlara sarılaraq, vәtәnini çapıb-talayan vә
            әkinçilәri incidәn quldurlar ilә çarpışmaqda keçirirdi. Bәzәn mәhsuldar, dağ
            әtәklәrindә ov edәrәk, atını sürüb daima qar vә buludlarla örtülmüş dağların
            başına, qalın meşәlәrә vә çıxılmaz qayalara dırmaşırdı; oralarda quldurların
   582   583   584   585   586   587   588   589   590   591   592