Page 581 - antologiya - poeziya_175x250_Layout 1
P. 581

Azәrbaycan nәsri

                      zәrbaycan nәsr tәfәkkürü vә ya nәsr yaradıcılığı mәdәniyyәti
                      ilkin mәnbәyini qәdim tarixә malik türk-Azәrbaycan epos әnәnә -
                Alәrindәn alsa da, orta әsrlәrdә Şәrq-müsәlman tәhkiyә-nәql
            texnologiyaları ilә xeyli zәnginlәşmiş, yeni dövrdәn isә Qәrb prozasının  5
            güclü tәsiri әsasında formalaşmışdır. Azәrbaycan nәsrinin tәşәkkül tarixini,
            ümumiyyәtlә, aşağıdakı qaynaqlar müәy yәn edir: yazıya alınmış dastanlar
            (“Kitabi-Dәdә Qorqud”, “Aşıq Qәrib”, “Koroğlu”, “Şәhriyar”…), bu vә
            ya digәr dәrәcәdә sәrbәst tәrcümәlәr (Nişatinin “Sühәdanamә”si, Füzulinin
            “Hәdiqәtüs-süәda”sı, “Kәlilә vә Dimnә”…), ilk nәsr tәcrübәlәri (Füzulinin
            “Şikayәtnamә”si, “Düzdü qazi”…), tarix kitabları (mәsәlәn, “Qarabağ na -
            mә”lәr) vә s. Bü tün bunları “tarixәqәdәrki” әdәbi mәhsullar hesab etsәk,
            professional Azәrbaycan nәsrinin  tarixi XIX әsrdәn başlayır ki, onun da ilk
            nümunәlәri, bir növ, eksperimental xarakter daşıyır… İsmayıl bәy Qutqaşı n -
              lının fransızca yazdığı, lakin mövzusu tamamilә milli olan “Rәşid bәy vә
            Sәa dәt xanım”,  Mirzә Fәtәlinin “Aldanmış kәvakib” hekayәlәri bu na
            misaldır… Hәmin әsәrlәri yalnız hekayә deyil, povest, hәt ta roman adlandı -
            ran  lar da vardır ki, bu da haqqında söhbәt ge dәn eksperimentallığın
            nәticәsidir. Mübahisәli olmayan mә qam isә odur ki, yeni tipli ilk nәsr
            yaradıcıları Şәrq nәsr tәfәk kürünü Qәrb model-standartlarında tәqdim
            etmәyin uğurlu әsasını qoymuş olublar.
                XIX әsrin sonu – XX әsrin әvvәllәri Azәrbaycan nәsrinin tarixindә ilk
            böyük yüksәliş dövrü  sayıla bilәr. Bu illәrdә kifa yәt qәdәr böyük sәnәt -
            karlıqla (vә müxtәlif janrlarda) nәsr әsәrlәri qәlәmә alınsa da, dövrün әn
            populyar janrı hekayәdir. Әlbәttә, istәr hekayәnin bir janr olaraq milli
            yaradıcılıq tәcrü bәsindә tipologiyasının qәrarlaşması, istәr sә dә janr müxt ә -
            lifliyinin bu vә ya digәr diferensiallıqda tәzahürü Azәrbaycan nәsrinin
            inkişaf etmәsi, ciddi uğuru idi. Cәlil Mәmmәdquluzadәnin, Әb dürrәhim bәy
            Haqver di yevin, Mәmmәd Sәid Ordubadinin, Süleyman Sani Axundovun,
            Abdulla Şaiqin, Seyid Hüseynin, Yusif Vәzir Çәmәnzәminlinin, Tağı
   576   577   578   579   580   581   582   583   584   585   586