Page 582 - antologiya - poeziya_175x250_Layout 1
P. 582
Şahbazinin, Cәfәr Cabbar lının hekayәlәri Azәrbaycan nәsrinin möhkәm
әsaslarını yaratmaqla yanaşı, perspek tivlәrini dә müәyyәnlәşdirmiş oldu ki,
buraya cәmiyyәtin mәnәvi-әxlaqi tәrbiyәsi, maarifçiliyә, ictimai-siyasi
fәallığa, yeniliyә çağırış, köhnәliyin tәnqidi kimi ideya-mәzmun motivlәri,
elәcә dә yığcam süjet-kompozisiya, koloritli (vә olduqca xәlqi-kütlәvi) dil-
üslub daxil idi. Vә tәsadüfi deyildi ki, böyük hekayә ustası Mir Cәlal “biz
hamımız Mirzә Cәlilin “Poçt qutusu”ndan çıxmışıq” demәklә, XX әsrin
әvvәllәrindә qazanılmış nәsr yaradıcılığı tәcrübәsinin son rakı dövrün nәsr
prosesinә hәlledici tәsirini etiraf elәmişdi.
Müşahidәlәr göstәrir ki, yeni formalaşmasına baxmayaraq, nәsr XX
әsrin әvvәllәrindә, demәk olar ki, şeir qәdәr böyük ictimai tәsir gücünә ma lik
idi. Vә bu, bir dә ondan irә li gәlirdi ki, poeziyanın әnәnәvi ro man tik-mәcazi
üslubu müqa bi lindә gәnc nәsr özünün realist, hәyati, hәr kәsin anlayacağı
6 tәhkiyәsini tәqdim edirdi.
XX әsrin 20-ci, 30-cu illәrindә hekayә janrı öz popul yar lığını davam
et d irir, lakin tәdricәn yazıçının (nasirin) qüdrәti daha çox ictimai hәyatın
ge ni şmiqyaslı, çoxpa noramlı tәsvirini verәn, әdәbiyyata fundamental xa -
rakterlәr gәtirәn romanlarla ölçülmәyә başlayır… Süleyman Rәhi m ov, Әli
Vә liyev, Әbül hә sәn, Mir Cәlal, Mehdi Hüseyn, Mirzә İbrahimov, Әnvәr
Mәm mәdxanlı, İlyas Әfәndiyev, Qılman İlkin… döv rün bu tәlә bi nә cavab
vermәyә çalı şırlar… Eyni zamanda yara dıcılıq üslubu XX әsrin әv vәl lәrindә
formalaşmış yazıçıların, demәk olar ki, hamısı 20-ci, 30-cu illәrdә dә yazıb-
yaradıblar. Vә onların mövcudluğu, bir tәrәfdәn, nәsrdә sәlәf-xәlәf
müna si bәtlәrinin canlılığını tәmin edirsә, digәr tәrәfdәn, “köhnә nәsr”lә
“yeni nәsr” arasında müәyyәn rәqabәt yaratmaqla ye ni axtarışlara sövq
edir.
20-ci, 30-cu, elәcә dә 40-cı, 50-ci illәr Azәrbaycan nәs rini sәciyyә lәn -
dirәn әsas ideya-estetik әlamәt sosializm realizminin prinsiplәrinә riyaәt
etmәk – sosialist inqilabının Azәr baycan xalqına gәtirdiyi “ictimai
sәadәt”in tәsviri olsa da, bir sıra istedadlı qәlәm sahiblәri tez-tez hәmin
prin sip lәr hüdudundan kәnara çıxaraq, eyni zamanda milli gerç әkliyin
obyektiv tәmsilçisi olan koloritli insan obrazları yara dır, xalqın hәm uzaq,
hәm dә yaxın keçmişini yaddaqalan (vә milli hisslәri oyadan, milli şüur
tәrbiyә edәn) sәhnәlәrlә әdәbiyyata gәti rirlәr. Xüsusilә M.S.Ordubadinin
funda men tal tarixi romanları, S.Rәhimovla Ә.Vәliyevin tәbii insan
xarakterlәri, M.Cәlalın yığcam satirik tәhkiyәsi, M.İbrahimovla M.Hüseynin
milli intellektuallığı, Ә.Mәm mәd xanlı ilә İ.Әfәndiyevin tәsirli lirizmi… bu
dövr nәsrinin mühüm yaradıcılıq göstәricilәri idi. La kin “roman xatirinә
roman yazmaq” kimi geniş yayılmış bir antiәdәbiyyat stixiyası da mövcud