Page 583 - antologiya - poeziya_175x250_Layout 1
P. 583

idi. Vә sosialist inqilabının “müzәffәr yürüşü”nü tәsvir etmәk mәramı
            (әslindә, konyuktu ru!) ilә, demәk olar ki, heç bir bәdii dәyәri olmayan
            sicillә mәlәr nәinki kәmistedad, hәtta  kifayәt qәdәr istedadlı, dün ya gö rüşlü
            yazıçıların qәlәmindәn dә çıxırdı ki, bu, ilk növbәdә, sosializm realizmi
            prinsiplәrinin sәnәtә zorla  yeri dilmәsinin doğurduğu fәsad idi. İdeoloji
            tәzyiq o hәddә çatırdı ki, yazıçı özü necә düşünürsә o cür yox, rejim necә
            istәyirsә o cür qәlәm işlәtmәyә mәcbur idi. Sovet әdәbiyyatının “gene -
            ral”larından biri hәmin vәziyyәti özünәmәxsus (әslindә, dövrә mәxsus) bir
            ustalıqla belә ifadә etmişdi: “Xarici rәqiblәrimiz irad tuturlar ki, biz
            partiyanın diktәsi ilә yazırıq… Ancaq elә deyil, biz ürәyimizin diktәsi ilә
            yazırıq, ürәyimiz isә partiyaya mәnsubdur”.
                XX әsrin ortalarından etibarәn Azәrbaycan nәsrinә yeni yaradıcı
            nәslin axını  başlayır… İsmayıl Şıxlı, Әzizә Cәfәrzadә, Hüseyn Abbaszadә,
            Gülhüseyn Hüseynoğlu, Vidadi Babanlı, İsa Hüseynov, Sabir Әhmәdli, İsi
            Mәlikzadә, Yusif Sәmәdoğlu, Fәrman Kәrim zadә, Sabir Azәri, Anar, Elçin,  7
            Mövlud Süleymanlı, Seyran Sәxavәt, Mәmmәd Oruc… Vә hәmin nәsil 80-ci
            illәrә qәdәr yaşlı nәsillә ya gizli, ya da aşkar qarşıdurmada fәaliyyәt
            göstәrir ki,  bu da “köhnә nәsr”lә “yeni nәsr” ara sın dakı ideya-estetik
            uyğunluqla bağlı fәrqin nәdәn ibarәt olduğunu bir neçә on il әrzindә aydın
            nümayiş etdirir.
                Әdәbi alәmdә “60-cılar” adlanan yeni nәslin (vә onların tәqdim etdiyi
            nәsr yaradıcılığı mәdәniyyәtinin) әsas uğurları 70-ci illәrdә meydana
            çıxmaqla yanaşı, әdәbiyyata 70-ci, 80-ci illәrdә gәlәn gәnc nasirlәr (Afaq
            Mәsud, Aqil Abbas, Sәfәr Alışarlı, Saday Budaqlı, Elçin Hüseynbәyli, Yaşar,
            Mübariz Cәfәrli…) onların mövqeyini daha da möhkәmlәndirdilәr. Vә
            belәliklә, 80-ci  illәrdәn etibarәn 60-cılar (elәcә dә 70-cilәr, 80-cilәr)
            Azәrbaycan nәsrinin simasını müәyyәnlәşdirmiş, ideya-mәzmun, poe -
            texnoloji tipologiyasını diktә etmiş oldular… Hәr şeydәn әvvәl onu qeyd
            etmәk lazımdır ki, әdәbiyyata bütün daxili alәmi, intim dünyası, mövcud
            hәyat-mәişәt vәrdişlәri  kompleksi ilә adi insan gәtirildi ki, onun hәr cür
            fundamentalizmdәn vә ya deklorativlikdәn uzaq tәbiәti xüsusilә 70-ci illәrin
            sonu – 80-ci illәrin әvvәllәrindә hәm rәsmi, hәm dә qeyri-rәsmi әdәbi
            diskus siyalarda “köhnә nәsil” nümayәndәlәrindә belә bir sual doğurdu: bu
            әdәbiyyatdırmı?.. Vә bu tәbii suala “yeni nәsil”in yaradıcılarından olan
            Yusif Sәmәdoğlu heç bir  tәrәddüd etmәdәn eyni tәbiiliklә cavab verdi: әsl
            әdәb iyyatdır!..
                Vә bu “әsl әdәbiyyat”ı yaradanların әn parlaq nümayәndәlәrini
            (Anarı, Elçini, Y.Sәmәdoğlunu, A.Mәsu du…) fәrqlәndirәn bir mühüm xüsu -
            siyyәt dә onların yüksәk intellektuallığı, müasir dünya әdәbiyyatını, elәcә
   578   579   580   581   582   583   584   585   586   587   588