Page 558 - antologiya - poeziya_175x250_Layout 1
P. 558
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Sәni vurmağa da qalxmaz әllәrim
Buludlar tozdurmu, belә qopublar
yağışın yol keçib axdığı yerdәn?
İlahi, indicә bir gül çıxacaq
dağ öz ürәyini sıxdığı yerdәn.
Sәni vurmağa da qalxmaz әllәrim
atılsa üzünә lәçәk tellәrin...
Sәndәn vәfalıymış sәnin yolların,
hәlә dә keçirlәr baxdığım yerdәn.
Ax, birin bilirsәn sәn dә, birin yox:
558 daha yıxılıram, heç xәbәrin yox...
Gördüm ki, tutmağa başqa yerim yox,
tutdum yıxılmağa qorxduğum yerdәn!
Qorxut uşağını Salam әmiynәn
Sancıldı köksünә oxun itisi –
heyif, pozdu köynәyinin ütüsün...
Arzum yox, pulum yox, nәzir qutusu,
mәn nә niyyәt tutum, nә salım sәnә?
Dәliyәm doluyam sevda qәmiynәn,
qorxut uşağını Salam әmiynәn...
Qollarım bağlanıb qopuz simiynәn,
hәә, әrә gedәn qız, nә çalım sәnә?
Boğulub üzürәm, batıb gedirәm.
Başımı yollarnan qatıb gedirәm.
Sәni hәmişәlik atıb gedirәm,
işdi, dönәr olsam, nә alım sәnә?