Page 562 - antologiya - poeziya_175x250_Layout 1
P. 562

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                        Qadan-balan sızan yerә
                        şәrab süzdüm – bilirsәn,
                          Sәnin qurduğun dünyaya
                        dodaq büzdüm – bilirsәn.


                          Ruhumu da tәrpәtmәdi
                        min cür nazü-nemәtin,
                          Yamanladım taleyimi –
                        haqdan gәlәn qismәti…


                          Mәrhәmәtin, neylәsәm dә,
                        günahımı aşmada,

             562          Çoxdandı ki, içimdә bir
                        yalvarış dolaşmada: –


                        Gedib tövbә elәmәyә
                        mәnә yer ver, İlahi,
                          Elә yer ki, baxıb görüm
                        sәnsәn hәr yer, İlahi!...


                          Günahımı nәylә desәn
                        razıyam yuyum orda,
                          Әgәr gücün çatsa mәni
                        özündәn doyur orda…




                        Müharibә әlili

                        Üzdü ayaqlarımı Vәtәn yolu
                        qayıtdım üzüqoylu…
                        qayıtdım
                        qurşağımın yuxarı qatıyla,
                        qayıtdım
                        әlil arabasının atıyla…
                        İki balam gözüyaşlı
                        arvadım başıdaşlı…
                        Yazıq hәr әmrә müntәzir:
                        hәm mәni gәzdirir,
   557   558   559   560   561   562   563   564   565   566   567