Page 563 - antologiya - poeziya_175x250_Layout 1
P. 563

Qulu Aüsÿs




               hәm … özü gәzir…
               Süfrәmdә haram var –
               dinmirәm,
               İki ac balam var –
               dinmirәm.
               Dinmirәm
               gül ağzı açılanda heyrәtin:
               “Vәtәni qorudun, bәs öz qeyrәtin?!”
               … Üzdü ayaqlarımı Vәtәn yolu
               bu da mәnә “sağ ol”u…



                Bir sәhәr durub görәsәn...
                                                                                    563
               Nә olar, bir sәhәr durub görәsәn,
               Divarlar üstünә Allah yazdırıb.
               Qış günü soyuqdan ölәn ağacın
               Yasına mart ayı yarpaq yazdırıb…


               Başını yellәsәn, odu közәrir,
               İşıq vermir, amma işıq söz verir.
               Bircә eybi var ki, dünya gözәlin
               Mәni qucağına qonaq yazdırıb…

               Şükür o göydәki ismin halına,
               Şükür yağışına, şükür qarına.
               Şükür adımızı öz jurnalına
               Әcәl adqoydudan qabaq yazdırıb...



               Başının uğultusu


               Başının uğultusu
               alnında şırım açan
               kotandandı…
               Sәni
               qoluna girmәyә çağıran
               Vәtәn – dәmdi…
   558   559   560   561   562   563   564   565   566   567   568