Page 556 - antologiya - poeziya_175x250_Layout 1
P. 556
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
***
Alın yazısında imza yeri boş –
edam fәrmanıdı, qollamaq olmur.
Nifrәt elәdiyin ayağını da
bir addımdan uzaq tullamaq olmur.
Dayan bir dәqiqә bir “yox” de mәnә,
hәr gecә yuxuma girib yatan qız.
Adamı arxadan gәlib ötәrlәr,
ay mәni qarşıdan gәlib ötәn qız.
İndi bu qış ömrü sürüşmәk gәrәk,
556
bizi qar ötürәr, dolu qarşılar.
Bu da ki sonuncu teleqramım:
mәn gәlәr olmadım, yolu qarşıla.
***
Hörüyün әlimdә tәsbeh әvәzi…
Üstündә duamı oxudum, ayıl.
Sәnin mәhәbbәtin mәnim gözümdә
tәrsinә yozulmuş yuxudu, ayıl.
İndi sәn mәnimçün heç nә deyilsәn,
indi nә dәrdimsәn, nә nәşәm, qadın!
Mәn sәni sevmirәm, sәnin qoynuna
sәndәn gizlәnmәyә girmişәm, qadın…
Hәlә gizli-gizli ovuram sәni,
Gah daş daşıyıram, gah qum atıram.
Mәn sәni atmıram, sәndәn qaçmağa
ömrüm uzunluqda lağım atıram.