Page 507 - antologiya - poeziya_175x250_Layout 1
P. 507
ßjdÿr Ol
Bağışlama!
“Bağışla!” demәyә üzüm qalmayıb,
İcazә qurtarıb, izn qalmayıb,
Heç bir araçıya lüzum qalmayıb,
Haqlısan qәlbimi qır, bağışlama!
Mәni yerdәn yerә vur, bağışlama!
Sәni görmәyәydim bir belә solmuş,
Ürәyi boşalmış, gözlәri dolmuş,
İndi işim daha Allaha qalmış,
Allah bağışlasa, sәn bağışlama!
Lap bir Әzrayıla dön, bağışlama! 507
Boynu bükük qalan mәhәbbәtim bu,
Özümdәn hamıya şikayәtim bu,
Mәhkәmә qurulsun, cinayәtim bu,
Hakim bağışlasa, sәn bağışlama!
Hәr kim bağışlasa, sәn bağışlama!
Qәlbinin sәsinә bir dә qulaq as,
Ortaq xatirәmiz qalacaq miras,
Onlardan birini düşünüb bir az
Kövrәlsәn, bәrk dayan, döz, bağışlama!
Ağızdan çıxdısa söz, bağışlama!
Sәn axı neynirdin ruhu sıxanı,
Yeri uçurdanı, göyü yıxanı,
Sәnintәk mәlәyә dönük çıxanı,
Mәlәklәr yalvarsa, yox, bağışlama!
Qәlbindә xal varsa, yox, bağışlama!
Hәyat gözdәn düşdü, can oldu haram,
Xәyal qırıq-qırıq, iç param-param,
Mәn dә Әjdәr Olu bağışlamaram,
Sәn dә bağışlama, heç bağışlama!
Eh, daha gecdir e... gec, bağışlama!