Page 504 - antologiya - poeziya_175x250_Layout 1
P. 504

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        Xalqı Azadlıq haqqında
                        Çe Gevara adlı mahnı oxuyur
                        Acqarına sәhәrdәn axşamacan
                        Havanada, Varedorada.
                        Azadlıq adası – Kuba...
                        Kuba azadlığın köksündә bir yara.
                        “Azadlıq” adasında
                        Azadlıq haqqında bir mahnı
                        Öldürür mәni,
                        Mahnımın adı – Çe Gevara.

                        VIII
                        Kim nә deyir desin,
                        Azadlıq qılıncların
                        oxuduğu nәğmәdi;
             504
                        Çünki
                        Azadlıq qan tökmәkdi,
                        Fәrqi yoxdu
                        Başqasının olsun, ya özününkü...

                        IX
                        Hәr il
                        “Azadlıq” meydanından
                        zәvvarlar gedir.
                        Allahın evinә
                        sevinә-sevinә.
                        Bu nә yoldu Tanrım?!
                        Bu nә yoldu imanlı
                        İmansızla bir gedir.
                        Şuşadan keçmәyәn yol
                        Kәbәyә nә cür gedir?!
                        Tanrım, nә cür gedir?!

                        X
                        Bu nә cür şәhәrdi, Tanrım?!
                        Şairlәri yox,
                        külәklәri dәlidi;
                        Sevәnlәri yox,
                        çiçәklәri dәlidi.
                        “Azadlıq”!
                        Azadlıq
                        Bakıda soyunan bir qadın heykәlidi.
   499   500   501   502   503   504   505   506   507   508   509