Page 502 - antologiya - poeziya_175x250_Layout 1
P. 502
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Vә elә bu an
xatırlayıram –
Sәn azad olasan deyә
Nә cür әl çәkdim azadlığımdan.
II
Azadlıq!
Ah, mәnim azadlığım!
– Qarımış bacı, yenilmiş qardaş,
Gәlmәyәcәyini bilә-bilә
Oğul yolu gözlәyәn ana...
Tanrım! Ölüm yatağında
Ölüm dә çox asan görünür
azadlığı olmayana.
502
III
Azadlıq Bakıda
Gecәlәr sağ-solu
Fahişәlәrlә dolu
Gedib dәnizә dirәnәn
Әn uzun bir küçәnin adıdır...
Bakıda Azadlıq sadәcә
bir küçәnin adıdır.
Azadlıq!
Bu şirin söz dilimdә
zәhәr dadır;
“Azadlıq” susan meydandı bir dә
Nә zamandı köz kimi
bağrına basıb Bakı;
Bu meydan indi addı
Bir dә yatan qiyamdı,
qiyamdı ruhumdakı.
Bu mәmlәkәtdә şairlәr lal-kar,
Әvәzindә Bakının külәklәri dәlidi,
Әvәzindә Bakının çiçәklәri dәlidi...
Azadlıq – Bakıda soyunan bir qadın heykәlidi...
IV
...Azadlıq Sinqapurda
orxideya çiçәyidi;
Bu mәmlәkәtdә dibçәkdә doğulub
dibçәkdә yaşayıb, dibçәkdә ölәr.