Page 501 - antologiya - poeziya_175x250_Layout 1
P. 501
Röstÿm Behrudi
Sәni mәn әkmişәm...Mәnә sәn qәnim,
Sәni suvarmağa halaldı qanım;
Yarpağın rәng alsın qanımdan mәnim,
Salam, Dar ağacı!
Әleyküm-salam!
Ey darın ağacı! Kimdәn kәmәm, kәm?!
Ya sәni yendirrәm, ya sәnә yennәm.
Ya da budağında yarpağa dönnәm,
Salam, Dar ağacı!
Әleyküm-salam.
Qırğızam, özbәyәm, qazax, türkmәnәm,
Başqırdam, kәrkürәm, elә görk mәnәm.
Sәnin gözlәdiyin qәrib türk mәnәm! 501
Salam, Dar ağacı!
Әleyküm-salam.
Qәbul et, növbәti qurbanın mәnәm,
Mәnim canım sәndә, bil, canın mәnәm.
Elә qürrәlәnmә, hәr yanın mәnәm,
Salam, Dar ağacı!
Әleyküm-salam.
Azadlıq, torino kәfәni vә zәvvarlar
Azadlıq, bu şirin sözdə nələr var,
Azadlıq yoxdursa, viranələr var.
I
Bütün pәrdәsiz pәncәrәlәr
Qәm pәncәrәsidir, qәm ...
...İstanbulda Kadıköydә
Çamlıca xәstәxanasının
pәrdәsiz pәncәrәlәrindәn
Hәyәtdә qar altında çiçәklәyәn
Gilәnar ağacına baxa-baxa
Sәn vә Azadlıq haqqında düşünürәm...