Page 421 - antologiya - poeziya_175x250_Layout 1
P. 421
Musa ßlÿkbÿrli
Mәnim kimi bir çaşqını
Qınayacaq, bәlkә, hamı.
...Gözümdә lalә daşqını,
Sinәmdә lalә qiyamı!...
Özünü saz kimi kökdә saxla sәn...
Alçalma kәdәrә, әyilmә dәrdә,
Ömrün bir şәklidir xeyir dә, şәr dә.
Zamanla aranı bu qәdәr açma,
Qoy qalsın arada әvvәlki pәrdә.
421
Dünyanın iç üzü içindә dursun,
Heç nәyin astarı çıxmasın üzә.
Qovsun qaranlığı gülümsәyәn ay,
Ömür bağışlasın gecә-gündüzә.
Bütün gözәlliklәr gözünә dolsun,
Әn zәrif duyğular qoy sәnin olsun.
Düz tut ürәyini uca haqqla sәn,
Özünü saz kimi kökdә saxla sәn.
Demә ki, çox belә, az belә getdi,
Qış vaxtsız yetişdi, yaz belә getdi.
Hardasa yollarda lәngidi qismәt,
Sәnә könül verәn qız belә getdi.
Sevgilәr yaşadın sevgidәn artıq
Yaratdın, yaşatdın bir xatirәni.
Gördün ürәyinin genişliyini,
Böyütdü, ucaltdı bu istәk sәni.
Tez-tez bulud kimi kövrәlib dolma,
Ömründәn-günündәn narazı olma.
Uyuş bu qismәtlә, barış baxtla sәn,
Özünü saz kimi kökdә saxla sәn.