Page 417 - antologiya - poeziya_175x250_Layout 1
P. 417

Zÿlimxan Yaqub




               Allah kimi


               Bulud kimi qar-yağışla doluyam,
               Göylәr qәdәr dәrdim-ahım var mәnim.
               Zaman kimi dәrdsiz, qәmsiz, kәdәrsiz,
               Nә axşamım, nә sabahım var mәnim.


               Әrәnlәrin badәsini içmişәm,
               Haqq yolunda tükü tükdәn seçmişәm.
               Qıl körpüdәn gülә-gülә keçmişәm,
               Yoxa çıxıb nә günahım var mәnim.


               Yamanlara tәrs açılan şillәdir,                                      417
               Naqislәrin ürәyinә güllәdir.
               Yaxşılara ucalıqdır, pillәdir,
               Qәlәm adlı bir silahım var mәnim.


               Çәkinmәdim nә düşmәndәn, nә dostdan,
               Dәrsim aldım Mövlanadan, Yunusdan.
               Haqdan gәldi oxuduğum bu dastan,
               İlham adlı bir pәnahım var mәnim.


               Ağac dindir, kaman bağla, saz yarat,
               Hәr pәrdәdә işvә, qәmzә, naz yarat.
               Dedi, oğlum, ürәyincә yaz, yarat,
               Allah kimi uca şahım var mәnim.
   412   413   414   415   416   417   418   419   420   421   422