Page 395 - antologiya - poeziya_175x250_Layout 1
P. 395
Ramiz Rþvøÿn
Sәn bu cansız azadlığı
gәl, mәndәn al, İlahi,
Tez ol mәni qәfәsә sal, İlahi!
Nәfәssizәm –
tez ol, mәnә nәfәs ver,
Nәfәsimә
bәdәn adlı qәfәs ver,
Mәnә sәs ver –
sәsә qәfәs ağız ver.
Mәnә söz ver –
sözә qәfәs kağız ver!..
395
***
Nә var Allahdan yuxarı?
Nә var qәbirdәn aşağı?
Çәkdiyim ahdan yuxarı?
Bildiyim sirdәn aşağı?
Niyә günün gündüzündә
Quşlar azır göy üzündә?
Göz yaşları quş gözündәn
Tökülür dәn-dәn aşağı.
Demә, biz ki quş deyilik,
Allaha tanış deyilik...
Ruhum, dur, yığış, gedirik,
Sәn yuxarı, mәn aşağı...