Page 259 - antologiya - poeziya_175x250_Layout 1
P. 259
Cabir Novruz
Ölәn kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır...
Çirkinlәr dә tәmiz olur ölәn kimi...
Yadlar belә әziz olur ölәn kimi...
Xatirәlәr söylәyirik,
nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib
o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimә gәrәk?
Bundan mәzar böyüyәcәk,
ya ölәnmi dirilәcәk?
Xoşum gәlmir 259
bu köhnәlmiş adәtlәrdәn,
xoşum gәlmir...
Bu sәrdaba sevgilәrdәn,
hörmәtlәrdәn xoşum gәlmir.
İstәmirәm vaxt-vәdәsiz şöhrәti mәn,
Bir an ömrü, milyon qızıl ölüm gәlә,
dәyişmәrәm...
Diri üçün iynә boyda hörmәti mәn
Ölü üçün min heykәlә dәyişmәrәm...
Düz demәsәm, onda mәni bağışlayın,
Üz tutaram uşaqlara,
qocalara, cavanlara,
Sağlığında qiymәt verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara...
Biz sәni dağ bilirdik
Biz sәni dağ bilirdik,
sәn heç tәpә deyilsәn.
Sәni ümman bilirdik,
sәn heç lәpә deyilsәn.