Page 243 - antologiya - poeziya_175x250_Layout 1
P. 243
ßli Kÿrim
***
Nә xoşbәxt imişәm bir zaman, Allah,
Xәbәrim olmayıb bu sәadәtdәn.
Nә xoşbәxt imişәm, nә xoşbәxt, xoşbәxt!
Bu gün eşitmişәm bunu hәsrәtdәn.
Niyә yazmamışam o zaman, Allah,
Әlimә qәlәm dә gәlmәyir indi.
De, niyә aradan külәklәr әsir?
Aramız, de, niyә belә sәrindir?
243
İçdiyim o su da sәadәt imiş,
İşә getmәyim dә, qayıtmağım da.
Ona baxmağım da xoşbәxtlik imiş,
Onu yuxusundan ayıltmağım da.
Dünya başdan-başa sәadәt imiş,
Mәncә, bu dünyanın qoynundayammış,
Dünya fırlanırmış sevinc gücüylә,
Bәs indi nә olub belә dayanmış?
Göylәr sәadәtin çәtiri imiş,
Torpaq da sәadәt mәhvәri imiş.
Gecәlәr toranlı vüsal mәskәni,
Hәr sәhәr, ruhumun sәhәri imiş.
Dilin quruyaydı sәnin, ay hәsrәt,
Sәn bu gün könlümü tarımar etdin.
Ya bunu vaxtında deyәydin mәnә,
Ya da ki, lal olub heç dinmәyәydin.
Dünya başdan-başa sәadәt imiş,
Görәsәn, heç bir dә olarmı yenә?
Dünya başdan-başa nә imiş dedin?
Dünya başdan-başa nә imiş, de nә?!.