Page 234 - antologiya - poeziya_175x250_Layout 1
P. 234
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Yaddaşdan yaddaşa oyanıb yatır,
Sevinir sәsinә sәs qoşanlara!
Әksini görmәyә aynalar tutur
Sirli sıldırımı dırmaşanlara!
Qaçır bәnövşәyә, uçur lalәyә,
Çәmәn cәhliminә toxuyur çәlәng!
Qovuşmaq istәsәn o şәlalәyә –
Şәlalә qüvvәsi tapasan gәrәk!
234
Gecәdәn nә qaldı
Gün düşdü duyğular pәncәrәsinә,
Sәhәr müjdәsinә açıldı qapı –
Qanadlı sorğular üstünü aldı!
Yuxusuz gecәdәn mәnә nә qaldı;
Qızaran gözlәrin rahat әzabı,
Razı vәrәqlәrә boşalan sinә,
Dolu külqabı.
Başdaşında gözәl
Yenә hәmin gözәldimi,
Sevmәli yaşda ağlayır.
Bәxti qayıtdı gәldimi,
Cığır da qaşda ağlayır.
Yorğun düşüb bölüklәri,
Uşaqlaşıb böyüklәri.
Uzaqlaşıb hörüklәri,
Saçları başda ağlayır.