Page 230 - antologiya - poeziya_175x250_Layout 1
P. 230
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Göydә bulud dolaşır
axşam düşür, yel әsir,
Heç bilmirәm nәdәndir
könlüm belә tәlәsir.
Yollarına baxıram,
nә gәlәn var, nә gedәn.
Qәlbimdәki intizar
nәdir, düşünürәm mәn.
Yadıma sәn düşürsәn.
Tәklik üz verir mәnә,
çıxıram otağımdan,
230
Sevgililәr küçәdә
deyib-gülür mehriban...
Onları belә xoşbәxt
belә mәsud görәndә
Duyğular dalğa kimi
çırpınır bu sinәmdә,
Yadıma sәn düşürsәn.
Lövhә
Sәmada dövrәlәnirkәn
buludların düzümü,
Zillәdim göylәrә hәsrәtlә
yol çәkәn gözümü.
İldırımlar mәnә göstәrdi
nurlu gündüzümü.
Sübhәdәk mәn belә süzdüm
bahar yağışlarını,
Saplı mirvaritәk üzdüm
bahar yağışlarını,
Güllәrin boynuna düzdüm
bahar yağışlarını.