Page 232 - antologiya - poeziya_175x250_Layout 1
P. 232
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
İllәr ayrısı
Yenә eşidirәm hәmin laylanı,
Yenә saçlarımda yumşaq әl gәzir.
Hanı keçirdiyim o günlәr, hanı?
Tutub dikәlmәyә uşaq, әl gәzir.
Ay illәr, sәninlә gәl qucaqlaşım,
Mәsum körpәliyi yenә anırıq.
Nәdәnsә üstümdә durmayır başım,
Yenәmi beşikdә yırğalanırıq?!
232 Ana, nә deyirsәn sәn qulağıma,
Bәlkә, söylәyirdin yaman kürәm mәn?..
Mәnә deyәrdin ki, qaç qucağıma –
Hәlә dә yanına yüyürürәm mәn!
Ağlayar
Ala gözlәr kölgәlәnsә,
Qaş çatılar, göz ağlayar.
Yaz yağışı yağsa yerә,
Çәmәn çimәr, iz ağlayar!
Yada vermә ürәyini,
Dost gözlәsin kürәyini!
Namәrd yesә çörәyini,
Ocaq sönәr, köz ağlayar!
Göyün hirsi çәkilәndә,
Yerlәrә nur tökülәndә,
Qış ötüşüb yaz gәlәndә,
Don açılar, buz ağlayar.